Yüklənir...
Location: Bakı
Şirkət: “Hotels Qrup” MMC-nin “FLY INN Baku” mehmanxanası Tələblər: Xoş ünsiyyət bacarığı; Gülərüz və mehriban olmaq; Operativlik; Tərcihən otelçilik sahəsində iş təcrübəsi ; Nizam-intizam; Komanda ilə işləmək bacarığı; Dəyişkən iş qrafik və 3 növbəli işrejiminə uyğunlaşa bilmək bacarığı; Səliqəli görünüm; Yeniliklərə açıq olmaq. Vəzifə öhdəlikləri: Mehmanananın SOP-si nəzərə alınmaqla qonaqlara xidmət göstərmək ; Mehmanxananın menyularında olan bütün qida məmulatları ilə tanış olmaq. Standart reseptlərə uyğun olaraq, göstəriş verilən yeməklərin hazırlanması. Mehmanxananın yemək xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək. Xüsusi yeməklərin hazırlanması metodları və tərkibi ilə bağlı qonaqların xahişlərini yerinə yetirərkən, mümkün qədər çevik olmaq. Baş aşpaz, Baş aşpazın köməkçisi və ya Mətbəxdə bölmə başçısı tərəfindən müəyyən edilmiş təqdimat təlimatlarına əməl etmək. Təyin edilmiş ərazi və ya bölmənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək. Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirmək Bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi. İş qrafiki: 3 növbəli iş rejimi (həftədə 2 istirahət günü; 8 saatlıq iş rejimi ilə); Əmək haqqı müsahibə zamanı bildiriləcək Axşam və gecə növbəsinə uyğun olaraq əmək haqqına əlavə; Nahar və Nəqliyyat şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində); Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu. Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Aşpaz” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.