Location: Bakı
Vəzifə öhdəlikləri: Debitor və kreditor borclarının mühasibat uçotunun düzgün və vaxtında aparılmasını təmin etmək; Müştərilər və təchizatçılar üzrə hesablaşmaları 1C proqramında düzgün əks etdirmək və mütəmadi nəzarətdə saxlamaq; Debitor və kreditor borcları üzrə qalıqları mütəmadi təhlil etmək, yaranmış fərq və uyğunsuzluqları araşdırma Debitor və kreditorlar üzrə üzləşmə aktlarını tərtib etmək, qarşı tərəflərlə üzləşmələri həyata keçirmək, uçot məlumatlarının uyğunluğunu yoxlamaq və aşkar edilmiş fərqlərin səbəblərini araşdıraraq aradan qaldırılmasını təmin etmək; Alış və satış əməliyyatları üzrə müqavilə, hesab-faktura, elektron qaimə-faktura, təhvil-təslim aktı və digər ilkin mühasibat sənədlərinin düzgünlüyünü yoxlamaq Elektron qaimə-fakturaların uçot məlumatları ilə uyğunluğunu yoxlamaq və müəyyən edilmiş fərqlərin aradan qaldırılmasını təmin etmək; Təchizatçılara və digər kreditorlara ödənilməli məbləğləri müqavilə, sifariş, hesab-faktura və digər təsdiqedici sənədlər əsasında yoxlamaq; Bank əməliyyatlarını debitor və kreditor hesablaşmaları ilə üzləşdirmək, ödənişlərin düzgün təyinat üzrə bağlanmasına nəzarət etmək; Aylıq və illik bağlanış zamanı debitor-kreditor hesabları üzrə qalıqların düzgünlüyünü yoxlamaq və üzləşdirmək; Debitor-kreditor hesablaşmaları üzrə tələb olunan hesabat və analitik məlumatları hazırlamaq; Tələblər: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; Debitor və kreditor borclarının uçotu və qarşılıqlı hesablaşmalar üzrə yüksək səviyyədə bilik; Dil bilikləri: Azərbaycan dili , Rus dili yüksək səviyyədə bilmək. Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək bilmək; 1C 8.3 proqramında işləmək bacarığı; İş şəraiti Əmək haqqı 700- 800 Azn İş yeri: Binə qəsəbəsi İş vaxtı: 5 günlük iş qrafiki. Nahar və servis şirkət tərəfindən təmin olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib-operator” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.