Yüklənir...
Location: Bakı
Əsas vəzifə öhdəlikləri: YouTube kanalının tam idarə olunması: kontent planının hazırlanması, çəkiliş, montaj, yerləşdirmə və nəticələrin izlənilməsi; TikTok və YouTube Shorts üçün kreativ və dinamik qısa video kontentlərin hazırlanması; Həftəlik minimum 4 qısa videonun hazırlanması və yayımlanması; YouTube üçün uzun formatlı video kontentlərin çəkilişi və montajının həyata keçirilməsi; Kontentin ideyadan çəkilişə, montajdan yayıma qədər bütün prosesinin müstəqil idarə olunması; YouTube, TikTok və digər video platformalarındakı trendlərin davamlı izlənilməsi; Yeni video formatlarının, rubrikaların və kreativ ideyaların hazırlanması və test edilməsi; YouTube SEO tələblərinə uyğun başlıq, təsvir, teq və digər elementlərin hazırlanması; Kanal statistikasının və video performans göstəricilərinin izlənilməsi və təhlil edilməsi; Aylıq nəticələr üzrə hesabatların hazırlanması və təqdim edilməsi; Brendin üslubuna uyğun vizual və video kontentin hazırlanmasının təmin edilməsi. Kvalifikasiya tələbləri: Təhsili: Ali və ya orta ixtisas təhsili üstünlükdür; İş təcrübəsi: Mobiloqrafiya, video çəkiliş və kontent istehsalı sahəsində praktiki iş təcrübəsi. Namizədin daha öncə hazırladığı video işləri (portfoliosu ) tələb edilir; Tələb olunan bilik və bacarıqlar: Mobil telefon vasitəsilə keyfiyyətli və peşəkar video çəkiliş bacarığı; Vertikal video formatları (TikTok, Reels, YouTube Shorts) üzrə praktiki təcrübə; CapCut, Adobe Premiere Pro və/və ya After Effects proqramlarında montaj bacarığı; TikTok və YouTube platformalarının alqoritmləri, trendləri və kontent formatları haqqında anlayış; YouTube üçün uzun və qısa formatlı videoların hazırlanması bacarığı; YouTube SEO prinsipləri haqqında bilik; Kreativ düşüncə və yeni video formatları/rubrikalar təklif etmək bacarığı; Çəkiliş və montaj prosesini müstəqil şəkildə həyata keçirmək bacarığı; Trendlərə sürətli adaptasiya və operativ işləmək bacarığı; Detallara diqqət və vizual keyfiyyətə fokuslanmaq; Vaxtın effektiv idarə olunması və deadline-lara əməl etmək; Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı; Rus və ingilis dili biliyi üstünlükdür. Təklif edirik: Əmək haqqı: 1000 AZN; Müxtəlif brendlər və layihələr üçün kreativ kontentlər hazırlamaq imkanı; YouTube və TikTok istiqamətində yeni layihə və formatların yaradılmasında aktiv iştirak; Karyera inkişafı və öyrənmə imkanları; Gənc və dinamik komandada çalışma imkanı; Nahar şirkət tərəfindən təmin olunur; Rahat və motivasiyaedici iş mühiti. Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov 25A. Tələblərə cavab verən namizədlər öz CV və portfoliolarını “Mobiloqraf (YouTube & TikTok)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.