Yüklənir...
Location: Bakı
Təsvir İT layihələrində maraqlı tərəflərlə (stakeholder) keçirilən ilkin görüşlərdə iştirak etmək; Layihələrin başlanğıcında analiz yol xəritəsini hazırlamaq; İT layihələrinin tələblərinin toplanması, texniki tapşırıqların hazırlanması və texniki komandaya ötürməsi prosesində mütəxəssis və aparıcı mütəxəssislərə bələdçilik etmək; G2G, G2B, G2C biznes modellərini anlamaq və həll yolları vermək; Mövcud biznes proseslərini və mövcud rəqəmsal məhsulları təhlil edərək onların optimallaşdırılması və avtomatlaşdırılması üçün həllər təklif etmək; Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak etmək; Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin mapping-ı (flow chart-ların hazırlanması və hazırlanmasında dəstək olmaq); Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif etmək; Sistem dizaynı tələblərini müəyyənləşdirmək, sistem dizaynında daha yaxından iştirak etmək; Digər mütəxəssislərin karyera inkişafında bələdçilik etmək. Tələblər Ali təhsil: Biznesin idarə olunması, İnformasiya sistemləri və ya əlaqəli sahələr üzrə; Minimal təcrübə tələbi: 4 il, xüsusilə rəqəmsal transformasiya sahəsində, G2B layihələrdə; Minimal olaraq “Upper Intermediate" səviyyəsində İngilis dili, Rus dili biliyi arzu olunandır; Figma, Jira, Confluence kimi alətlərlə işləmək bacarığı; Sistem dizayn üzrə biliklərin olması (C4 Modeli): informasiya sistemlərinin Kontekst, Konteyner və Komponent səviyyələrində modelləşdirilməsi, arxitektura quruluşunun və sistemlərarası inteqrasiyaların diaqramlar vasitəsilə sənədləşdirilməsi; DataBase texnologiyaları ilə yüksək səviyyədə işləmə qabiliyyəti; BPMN, UML kimi modelləşdirmə dilləri haqqında yüksək səviyyədə biliklər; Camunda üzrə biliklərin olması; Postman və/və ya Swagger kimi alətlərlə işləmək; OpenAPI (Swagger) – OAS 3.x standartları üzrə biliklər, API spesifikasiyalarının hazırlanması və təhlili bacarığı; BRD, FRD, SRS sənədlərini tərtib etmək bacarıqları; Müxtəlif funksional komandalarla işləmə və mürəkkəb tələbləri miqyaslana bilən platforma funksiyalarına çevirmə bacarığı; Low-code platformalar, CMS idarəetməsi və API əsaslı xidmət inteqrasiyası sahəsində güclü biliklər; AI/ML və Generative AI əsaslı funksionallıqlar üçün biznes və sistem tələblərinin formalaşdırılması, input/output ssenarilərinin və acceptance kriteriyaların müəyyən edilməsi bacarığı; AI servisləri ilə inteqrasiya ssenarilərinin (API əsaslı AI servis istifadəsi, data flow və interaction) təhlili və diaqramlaşdırılması bacarığı; n8n və oxşar automation platformalarında AI-əsaslı inteqrasiya və workflow-ların qurulması, servis və API-lərin orkestrasiya olunması üzrə praktiki işləmə bacarığı üstünlükdür; Agile/Scrum və ya Waterfall metodologiyaları barədə bilik üstünlükdür; İxtisas üzrə beynəlxalq sertifikatların olması üstünlükdür. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.