Location: Bakı
İş yeri: Bakı şəhəri, Yasamal rayonu Vəzifə öhdəlikləri Mənzillərin təmiri üzrə layihə və çertyojları təhlil etmək. Təmir işləri üzrə tələb olunan iş həcmlərini hesablamaq. Hər mərhələ üçün lazım olan tikinti materiallarının miqdarını müəyyən etmək. Material və avadanlıq siyahılarını hazırlamaq. Hesablamaları layihə və ölçülər əsasında aparmaq. Hazırlanmış siyahıları satınalma şöbəsinə təqdim etmək. Tələblər Tikinti və təmir sahəsində bilik və təcrübə. Layihə çertyojlarını oxumaq bacarığı. AutoCAD və Excel proqramlarını bilmək. Material sərfiyyatını və iş həcmlərini hesablamaq bacarığı. Dəqiqlik, məsuliyyət və komanda ilə işləmək bacarığı. Qeyd: Vəzifə materialların qiymətini hesablamağı deyil, təmir üçün lazım olan materialların miqdarını və iş həcmlərini müəyyən etməyi nəzərdə tutur. Qiymət hesablamaları satınalma şöbəsi tərəfindən aparılır. İş şəraiti: 5 Günlük iş həftəsi. Nahar şirkət tərəfindən verilir. 2 növbəli seçimə uyğun iş saatı - 08:00/17:00 - 09:00/18:00 Əmək haqqı: 1500-2000 AZN (təcrübəyə uyğun) CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Smeta Mühəndisi başlığı ilə yazıb göndərə bilərsiniz.