Yüklənir...
Location: Bakı
“INTERNATIONAL BOKT” ASC Ağdaş filialının fəaliyyətinin effektiv idarə olunması, satış və xidmət nəticələrinin inkişaf etdirilməsi məqsədilə peşəkar, liderlik bacarıqlarına malik və nəticəyönümlü namizədləri Filial Müdiri vəzifəsinə komandamıza dəvət edir. Əsas vəzifə öhdəlikləri Ağdaş filialının gündəlik fəaliyyətinin ümumi idarə olunmasını və effektiv iş prosesinin təşkilini təmin etmək; Filial əməkdaşlarının fəaliyyətini koordinasiya etmək, qarşıya qoyulmuş hədəflərə çatmalarına nəzarət etmək; Filialın satış, xidmət, gəlirlilik və digər əsas performans göstəricilərini (KPI) mütəmadi təhlil etmək və nəticələrin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirmək; Müəyyən edilmiş biznes və satış hədəflərinin yerinə yetirilməsini təmin etmək; Filialın kredit portfelinin keyfiyyətinə, risk göstəricilərinə və maliyyə nəticələrinə nəzarət etmək; Müştəri bazasının genişləndirilməsi, yeni müştərilərin cəlb edilməsi və satış imkanlarının artırılması istiqamətində tədbirlər həyata keçirmək; Filialda şirkətin daxili siyasət, prosedur və xidmət standartlarının düzgün tətbiq olunmasını təmin etmək; Əməkdaşların peşəkar inkişafını, motivasiyasını və iş effektivliyini artırmaq; Filialın fəaliyyətində yaranan operativ və idarəetmə xarakterli problemləri vaxtında müəyyənləşdirmək və onların həllini təmin etmək; Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını və xidmət keyfiyyətinin davamlı inkişafını təmin etmək; Filialın fəaliyyət nəticələrini təhlil etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; Şirkətin daxili siyasət və prosedurlarına, eləcə də qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək. Namizədə tələblər Ali təhsil; Bank, BOKT və ya lombard sektorunda minimum 3 il iş təcrübəsi ; İdarəetmə və rəhbər vəzifəsində minimum 1 il iş təcrübəsi ; Filial və ya komanda idarəetməsi sahəsində təcrübə; Güclü liderlik və idarəetmə bacarıqları; Əməkdaşları motivasiya etmək və nəticəyə yönəltmək qabiliyyəti; Analitik düşüncə və qərarvermə bacarığı; Satış və biznes göstəricilərinin təhlili və inkişaf etdirilməsi üzrə bacarıqlar; Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı; Problem həll etmə və operativ qərarvermə bacarığı; Müştəriyönümlü yanaşma; Komanda ilə effektiv işləmək bacarığı; Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və iş intizamı; Nəticəyönümlü və strateji düşünmə bacarığı. İş şəraiti İş yeri: Ağdaş şəhəri, “INTERNATIONAL BOKT” ASC Ağdaş filialı; İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00; Rəsmi əmək müqaviləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq; Əmək haqqı: Namizədin təcrübə və peşəkar göstəricilərinə əsasən razılaşma yolu ilə + bonus/motivasiya sistemi; Əlavə təminat: Korporativ mobil nömrə. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini foto ilə birlikdə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur: E-mailin Subject hissəsində mütləq “Ağdaş Filial Müdiri” qeyd edilməlidir. Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq. “INTERNATIONAL BOKT” ASC — peşəkar komandamıza qoşulun və uğur hekayəmizin bir parçası olun!