Supervayzer - Laliga Dining & Lounge

Location: Bakı

Salary: 800+

Vəzifə öhdəlikləri: Filialın gündəlik əməliyyat fəaliyyətinin planlaşdırılması, təşkili və idarə olunması; Oyun aparatları (PlayStation, VR və digər oyun avadanlıqları), lounge sahəsi və xidmət zonalarının daim işlək və istifadəyə hazır vəziyyətdə saxlanılmasına nəzarət etmək; Obyektdə istifadə olunan avadanlıqların (işıqlandırma, musiqi sistemi, qalyan və servis avadanlıqları) gündəlik texniki vəziyyətini izləmək və nasazlıqların operativ aradan qaldırılmasını təmin etmək; Müştəri sifarişlərinin operativ və düzgün icrasına, xidmət keyfiyyətinə və masaların effektiv dövriyyəsinə nəzarət etmək; Gündəlik kassa əməliyyatlarını, maliyyə intizamını, balans hesabatlarını və oyun saatlarının düzgün uçotunu təmin etmək; Sanitariya, gigiyena, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək; Müştəri məmnuniyyətinin təmin edilməsi, şikayətlərin operativ həlli və loyallığın artırılması istiqamətində tədbirlər görmək; Növbə üzrə işçi heyətinin (ofisiant, barmen, operator, texniki işçi və digər əməkdaşlar) iş qrafiklərini hazırlamaq və iş bölgüsünü təşkil etmək; İşçi heyətinin fəaliyyətini qiymətləndirmək, motivasiya etmək və məhsuldarlığın artırılması istiqamətində tədbirlər həyata keçirmək; Yeni əməkdaşların adaptasiya prosesini təşkil etmək, xidmət standartları və daxili prosedurlar üzrə təlimlər keçirmək; İşçi heyətinin geyim, qruminq, davranış və daxili nizam-intizam qaydalarına əməl etməsinə nəzarət etmək; Satış, müştəri sayı, personal performansı, avadanlıqların vəziyyəti və digər əsas göstəricilər üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; Marketinq kampaniyalarının və xüsusi aksiyaların icrasında iştirak etmək, filial üzrə sosial media məzmunlarının hazırlanmasına dəstək vermək; Oyun vaxtlarının düzgün hesablanmasını və müştərilərə dəqiq təqdim edilməsini təmin etmək; Filial inventarının, mebel və aksesuarların qorunmasına, təmizliyinə və səmərəli istifadəsinə nəzarət etmək; İtkilərin, nasazlıqların və əməliyyat risklərinin minimuma endirilməsi istiqamətində tədbirlər görmək. Kvalifikasiya tələbləri: Təhsil: Ali təhsil (İdarəetmə, Biznesin idarə edilməsi, Marketinq və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür); İş təcrübəsi: Restoran, lounge, hospitality və ya xidmət sektorunda supervayzer, növbə rəhbəri və ya oxşar idarəedici vəzifədə minimum 2 il iş təcrübəsi. Tələb olunan bilik və bacarıqlar: Liderlik və komandanı idarəetmə bacarığı; Planlaşdırma və təşkilatçılıq bacarığı; Müştəri xidməti və müştəri məmnuniyyətinin idarə olunması üzrə biliklər; Satışların təşkili və nəticələrin artırılması bacarığı; Analitik düşünmə və operativ qərarvermə bacarığı; Problem həll etmə və nəticəyönümlü yanaşma; Yüksək ünsiyyət və komanda ilə işləmə bacarığı; Restoran və lounge xidmət standartları üzrə ətraflı biliklər; Microsoft Office proqramlarında (Word, Excel) sərbəst işləmək bacarığı; Marketinq kampaniyalarının təşkili və sosial media fəaliyyətinə dəstək vermək bacarığı; Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı; Rus və ingilis dili bilikləri üstünlükdür. Təklif edirik: Əmək haqqı: 800 AZN + servis haqqı ; Performansa əsaslanan bonus sistemi; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Nahar şirkət tərəfindən təmin edilir; İş qrafiki: 6 günlük iş həftəsi (tam ştat) ; Peşəkar və dinamik komandada çalışma imkanı; Karyera inkişafı və yüksəliş perspektivi. Tələblərə cavab verən namizədlər "Jooble.az - Supervayzer" başlığı ilə öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.