Ofis Sürücüsü - Makro 2000

Location: Bakı

MAKRO 2000 Yapı İnşaat Anonim Şirkətnin Azərbaycan Respublikasındakı Filialında  Ofis Sürücüsü vəzifəsinə namizəd axtarırıq. Vəzifə öhdəlikləri : Rəhbərliyin və ofisin nəqliyyatla bağlı gündəlik xidmətlərinin təmin edilməsi; Ofis tərəfindən verilən sənədlərin, məktubların və digər tapşırıqların təyin olunmuş ünvanlara vaxtında çatdırılması; Rəhbərliyin və əməkdaşların xidməti zərurətlə bağlı şəhərdaxili və lazım olduqda regionlara səfərlərinin həyata keçirilməsi; Avtomobilin texniki vəziyyətinə, sazlığına, təmizliyinə və təhlükəsiz istismarına daim nəzarət edilməsi; Avtomobilin vaxtında texniki baxış və servis işlərinin həyata keçirilməsinə nəzarət; Yol hərəkəti qaydalarına və təhlükəsizlik normalarına ciddi riayət edilməsi; İş vaxtının və marşrutların səmərəli planlaşdırılması; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında, dəqiq və məsuliyyətlə yerinə yetirilməsi; Tələblər: Rəhbər sürücüsü vəzifəsində minimum 3 il iş təcrübəsinə malik olmalı.  “B” kateqoriyalı sürücülük vəsiqəsi Orta təhsil (ali təhsil üstünlükdür) Bakı şəhərinin yollarını yaxşı tanımaq Yaş: 25 – 45 yaş arası Məsuliyyətli, diqqətli və intizamlı olmaq Təklif olunan şərait və təminatlar: Könüllü tibbi sığorta Şirkət nömrəsi Əmək haqqı 900 AZN İş qrafiki 6 günlük İş yeri Bakı Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Ofis Sürücüsü”  yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.