Birbaşa satış üzrə baş mütəxəssis - Meqa Sığorta ASC

Location: Bakı

Struktur bölmə: Satış departamenti – Birbaşa satış şöbəsi Vəzifə öhdəlikləri: Birbaşa satış kanalında yeni müştəri cəlbi və satış hədəflərinin icrası üzrə yüksək potensiallı imkanları müəyyən etmək və satış fəaliyyətini effektiv təşkil etmək; B2C və B2B müştərilərlə danışıqları aparmaq, fərdi satış yanaşmaları və təqdimat həlləri hazırlamaq; Müştəri ehtiyaclarının düzgün müəyyən edilməsinə, uyğun məhsul seçiminə və satış sənədlərinin tamlığına nəzarət etmək; Korporativ risk potensialı olan müraciətlərin aidiyyəti B2B şöbələrinə düzgün və vaxtında yönləndirilməsini təmin etmək; Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi; Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması; Satış göstəricilərini təhlil etmək, rəhbərliyə hesabatlar təqdim etmək. Namizədə olan tələblər: Ali təhsil; İş təcrübəsi: sığorta, satış və ya biznesin inkişafı üzrə minimum 3 il iş təcrübəsi; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır; MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı; Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları; Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük; Mürəkkəb müştəri portfeli və satış proseslərinin müstəqil idarə edilməsi, danışıqların aparılması və nəticələrin təhlili üzrə təcrübə. İş şərtləri: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə; İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək); İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A ; Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. İmtiyazlar: Karyera və peşəkar inkişaf üçün imkanlar; Peşəkar komandada işləmək imkanı; Tibbi sığorta təminatı; Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük. Zəhmət olmasa, mövzu bölməsində “Birbaşa satış üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.