Location: Bakı
Nero komandasına direktorun gündəlik fəaliyyətini koordinasiya edəcək, təşkilati və inzibati işlərin effektiv idarə olunmasına dəstək göstərəcək Direktor assistenti axtarılır. Əsas vəzifələr: Direktorun gündəlik işlərinin və tapşırıqlarının koordinasiyası; Rəsmi məktubların, sənədlərin və digər yazışmaların hazırlanması; Daxil olan və göndərilən sənədlərin idarə olunması və arxivləşdirilməsi; Görüşlərin təşkili və görüşlər üzrə icra nəzarətinin aparılması; Direktorun tapşırıqlarının aidiyyəti şəxslərə yönləndirilməsi və icrasının izlənilməsi; Şirkətdaxili və xarici kommunikasiyanın koordinasiyası; Hesabatların hazırlanması və məlumatların sistemləşdirilməsi; Tərəfdaşlar və şirkət nümayəndələri ilə ilkin ünsiyyətin qurulması; İş proseslərinin daha effektiv təşkili üçün təşəbbüslərin irəli sürülməsi. Namizədə tələblər: Ali təhsil; Səliqəli, məsuliyyətli və təşkilatçı olmaq; Güclü ünsiyyət və təqdimat bacarığı; MS Office proqramlarında, xüsusilə Word və Excel-də yaxşı işləmək; Sənədləşmə və rəsmi yazışma bacarığı; Zamanın düzgün idarə edilməsi; Operativlik və analitik düşüncə; Məxfi məlumatlarla işləmə və etik davranış bacarığı; Azərbaycan dilində səlis yazılı və şifahi nitq; rus və ya ingilis dili əlavə üstünlükdür. İş şəraiti: Əmək haqqı: Fix 600-800 AZN + Bonus İş qrafiki: 09:00–18:00, həftədə 6 gün İş yeri: Bakı CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu: Direktor assistenti & Kordinator