Yüklənir...
Location: Bakı
Hazırda şirkətimizə Mexaniki Layihələr üzrə Mühəndis tələb olunur. İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km. Tələblər: Mexanika mühəndisliyi üzrə ali təhsil; Mexaniki mühəndisliyi və ya müvafiq sahədə 3 il iş təcrübəsi; Layihələrin idarə edilməsi sahəsində təcrübə; AutoCAD, SolidWorks üzrə istifadə bacarıqları; Layihə idarəetmə proqramlarında istifadə bacarıqları; Excel proqramından yaxşı səviyyədə istifadə bacarıqları; Yüksək səviyyədə ingilis dili biliyi; Müvafiq mühəndislik standartları və kodları üzrə biliklər; Yaxşı səviyyədə analitik düşüncə və kommunikasiya bacarığı; Həm texniki, həm də qeyri-texniki maraqlı tərəflərə mürəkkəb texniki məlumatları çatdırmaq bacarığı; Tələb olunan kompetensiyalar: Müştəriyönümlülük Əməyin mühafizəsi qaydalarından xəbərdar olma Bütövlük Yenilikçilik Əsas vəzifə və öhdəliklər: Layihə planlarını hazırlamaqda və layihənin əhatə dairəsini, məqsədlərini və vaxt qrafiklərini müəyyən etməkdə layihə komandasına dəstək olmaq; Dizayn, satınalma, tikinti və sınaq da daxil olmaqla, kross-funksional qruplarla sıx əməkdaşlıq edərək layihə məqsədlərinin yerinə yetirilməsini təmin etmək; Keyfiyyətə, vaxt qrafiklərinə və büdcəyə riayət olunmasını təmin etməklə layihə qruplarını əlaqələndirmək və onlara nəzarət etmək; Detallı layihə planlarını hazırlamaq və İşçi heyəti, büdcə və materiallar daxil olmaqla layihə resurslarını idarə etmək; Dizayn və ya tətbiqin mümkünlüyünü müəyyən etmək üçün müştəri dizayn təklifləri, spesifikasiyalar və təlimatlar kimi məlumatları araşdırmaq və təhlil etmək; Quraşdırmaların və əməliyyatların standartlara uyğun olmasını təmin etmək üçün mexaniki sistem xəritələrinin texniki təsvirlərini, spesifikasiyalarını hazırlamaq və öyrənmək; İstehsal, tikinti və quraşdırma standartlarını və spesifikasiyalarını qurmaq üçün detallı hesablamalar aparmaq; Layihənin əhatə dairəsi, müddəti və büdcəsi daxil olmaqla detallı layihə planını hazırlamaq; Mexaniki mühəndislik layihələrində planlaşdırılmasına və konseptual dizaynına rəhbərlik etmək; Biz nə təklif edirik: Könüllü tibbi sığorta Servis avtobusu Şəxsi və peşəkar inkişaf imkanları İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.