Yüklənir...
Location: Masazır
“Nur Collection ” MMC “Aparıcı Maliyyə mütəxəssisi” vəzifəsinə vakansiya elan edir. Əmək haqqı : Razılaşma yolu ilə İş şəraiti 5 günlük iş qrafiki Nahar fasiləsi: 13:00 - 14:00 Nahar şirkət tərəfindən təmin olunur Ünvan: Bakı-sumqayıt yolunun üstü (Masazır dairəsi) Əsas Vəzifələr: Şirkətin aylıq, rüblük və illik büdcələrin hazırlanması və icrasına nəzarət. Maliyyə hesabatlarının (P&L, Cash Flow, Balance Sheet və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi. Faktiki göstəricilərin büdcə ilə müqayisəli təhlilinin aparılması və hesabatların aylıq olaraq hazırlanması İstehsalat üzrə maya dəyərlərinin hesablanması və planlaşdırılmış maya dəyəri ilə müqayisəli hesabatların hazırlanması Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və likvidliyin idarə olunması. Xərclərin optimallaşdırılması və səmərəliliyin artırılması üzrə təhlillərin aparılması. Vergi və mühasibat uçotu üzrə proseslərin düzgünlüyünə nəzarət (mühasibatlıqla koordinasiya). Audit proseslərində iştirak və auditor sorğularının cavablandırılması. Rəhbərliyə strateji qərarların qəbulu üçün maliyyə əsaslandırmaları təqdim etmək. Vergi hesabatlarının düzgün uçotu üçün dövriyyələrin və xərclərin uçotuna nəzarət Vergi uçotu üzrə hesabatlılığın düzgün təmin edilməsi üçün sistemdəki mal qalığının düzgünlüyünün yoxlanması 1C proqramı üzrə əmək haqqı uçotunun düzgünlüyünün yoxlanılması 1C proqramı üzrə dövriyyə balans cədvəlinin düzgünlüyünün yoxlanılması və ay bağlantısının verilməsində şöbə rəhbərinə dəstəyin göstərilməsi Şöbə rəhbəri tərəfindən verilən digər tapşırıqların icrası Tələblər: Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə ali təhsil Maliyyə təhlili və büdcələşdirmə üzrə minimum 1 il iş təcrübəsi MS ofis proqramları (xüsusilə Excel, Word) üzrə yüksək səviyyyədə işləmə bacarığı 1C 8.3 versiya, Mikro və ya Logo proqramlarında yüksək səviyyədə işləmə bacarığı Analitik düşünmə və problem həll etmə bacarığı ACCA FA, ACCA MA və ya digər beynəlxalq sertifikatlar (üstünlükdür) İstehsalat sahəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Jooble.az - Aparıcı Maliyyə mütəxəssisi” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. e-mail: hr@nurcollection.az