Location: Bakı
Təsvir İstehsalat proseslərinin effektiv idarə edilməsini, fasiləsizliyini və müəyyən edilmiş standartlara uyğun icrasını təmin etmək; Məhsul kateqoriyalarının inkişaf strategiyasını hazırlamaq və məhsul portfelinin optimallaşdırılmasını həyata keçirmək; Yeni məhsulların hazırlanması, resepturaların və texniki spesifikasiyaların formalaşdırılması prosesinə rəhbərlik etmək; Məhsulların keyfiyyət, dad, görünüş və təqdimat standartlarına uyğunluğuna nəzarət etmək; Qida təhlükəsizliyi, sanitariya-gigiyena və AQTA tələblərinin tətbiqini təmin etmək; İstehsalat xərclərini, xammal sərfiyyatını və məhsul itkilərini təhlil edərək optimallaşdırma tədbirləri həyata keçirmək; Təchizat, satınalma və satış komandaları ilə koordinasiyalı əməkdaşlığı təmin etmək; Satış göstəricilərini və istehlakçı tələbatını təhlil edərək məhsul çeşidi və istehsal həcmləri üzrə təkliflər hazırlamaq; İstehsalat heyətinin fəaliyyətini idarə etmək, iş bölgüsünü və performans qiymətləndirilməsini təşkil etmək; Şöbənin fəaliyyət nəticələrini və əsas performans göstəricilərini (KPI) təhlil edərək rəhbərliyə hesabat təqdim etmək. Tələblər Qida mühəndisliyi, Qida texnologiyaları, Kimya mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil; İstehsalat və ya qida sənayesi sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 2 il idarəetmə təcrübəsi; İstehsalat proseslərinin təşkili və idarə edilməsi üzrə praktiki biliklər; Qida təhlükəsizliyi, HACCP, GMP və keyfiyyət standartları üzrə biliklər; Məhsul resepturalarının hazırlanması, maya dəyərinin hesablanması və xammal sərfiyyatının idarə edilməsi üzrə təcrübə; İstehsalat göstəricilərinin təhlili və proseslərin optimallaşdırılması bacarığı; Liderlik, analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.