Yüklənir...
Location: Bakı
İş yeri: Bakı, Ağ şəhər Omnivision MMC videomüşahidə və təhlükəsizlik sistemləri sahəsində yeni müştərilər tapacaq, satış imkanlarını sıfırdan yaradacaq aktiv və nəticəyönümlü əməkdaş axtarır. Vəzifə öhdəlikləri: Korporativ müştəriləri, təhlükəsizlik sistemləri üzrə inteqratorları və quraşdırıcı tərəfdaşları müstəqil şəkildə tapmaq; Yeni müştərilərlə ilkin əlaqə qurmaq, görüşlər təşkil etmək və məhsulları təqdim etmək; Müştərinin ehtiyacına uyğun həll və kommersiya təklifi hazırlayaraq danışıqları satışa qədər aparmaq; Videomüşahidə və təhlükəsizlik sistemləri üzrə yeni satış kanalları və layihə imkanları yaratmaq; Müştərilərlə aparılan işin bütün mərhələlərini qeyd etmək; Yeni əlaqələr, görüşlər, təkliflər və satış nəticələri barədə həftəlik hesabat təqdim etmək. Namizəddən tələblər: CCTV, videomüşahidə və təhlükəsizlik sistemləri sahəsində B2B satış təcrübəsi; Bu sahədə məhsulları və müştəri ehtiyaclarını anlamaq, həlləri təqdim etmək bacarığı; Yeni müştəriləri müstəqil axtarıb tapmaq və danışıqları satışla nəticələndirmək təcrübəsi; Təşəbbüskarlıq, dinamika, güclü ünsiyyət və təqdimat bacarığı; İşini planlı aparmaq və nəticələrini rəqəmlərlə təqdim etmək bacarığı. İş şəraiti: Əmək haqqı: təcrübəyə uyğun Satış nəticələrinə əsaslanan bonus sistemi; Rəsmi əmək müqaviləsi; 5 günlük iş həftəsi, 09:00–18:00; Güclü nəticə göstərən əməkdaş üçün gələcəkdə satış komandasına rəhbərlik istiqamətində inkişaf imkanı. Müraciət üçün CV-nizi mövzu hissəsində “ Biznesin inkişafı üzrə menecer ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz