Yüklənir...
Location: Bakı
UI/UX Designer Push30 mikroservis arxitekturası əsasında qurulmuş, PHP texnologiyası üzərində işləyən API əsaslı platformadır. Məhsula Flutter əsaslı mobil tətbiq və backend idarəetməsi üçün admin panel daxildir. Platformada payment, subscription, login/signup və digər kritik funksionallıqlar mövcuddur. Push30 Azərbaycan, Özbəkistan və Qazaxıstan bazarlarında fəaliyyət göstərir. Əsas vəzifə öhdəlikləri Push30 mobil tətbiqi üçün yeni funksionallıqların UX/UI dizaynının hazırlanması; Mövcud istifadəçi ssenarilərinin və interfeyslərin təkmilləşdirilməsi; Aydın, intuitiv və istifadəçi yönümlü user flow-ların hazırlanması; Figma-da wireframe, mockup və interaktiv prototiplərin hazırlanması; Product və Development komandaları ilə sıx əməkdaşlıq; Məhsulun istifadə rahatlığının, vizual ardıcıllığının və ümumi user experience-in davamlı inkişaf etdirilməsi; Dizaynların development mərhələsində düzgün tətbiqinin izlənilməsi. Əsas tələblər UI/UX Designer kimi minimum 1.5 il iş təcrübəsi ; Figma ilə sərbəst işləmək bacarığı; Mobil tətbiqlərin UX/UI dizaynı üzrə praktiki təcrübə; UX/UI prinsipləri və istifadəçi davranışları barədə anlayış; Aydın user flow və istifadəçi ssenariləri hazırlamaq bacarığı; Detallara diqqət, məsuliyyətlilik və öyrənməyə açıqlıq; Real layihələrdən nümunələri və Figma keçidləri olan portfolio ; İngilis dili – mütləq , rus dili – üstünlükdür. Üstünlük hesab ediləcək Design System-lərlə işləmə təcrübəsi; Prototipləşdirmə üzrə praktiki təcrübə; Product Analytics alətləri və istifadəçi davranışı məlumatları ilə işləmə bacarığı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.