Yüklənir...
Location: Bakı
Restoran və qonaqpərvərlik şəbəkəsində fəaliyyət göstərən komandamıza Cost Controller vəzifəsi üzrə məsuliyyətli və təcrübəli əməkdaş axtarırıq. Əsas vəzifə öhdəlikləri: Qida və içki məhsullarının maya dəyərinə nəzarət etmək; Məhsulların giriş-çıxışını və anbar hərəkətlərini izləmək; Müntəzəm inventarizasiyanın (sayımın) aparılmasında iştirak etmək və nəticələri təhlil etmək; Faktiki və sistem üzrə qalıqları müqayisə etmək, fərqləri müəyyənləşdirmək; Məhsul itkilərinə və normadan artıq sərfiyyata nəzarət etmək; Müvafiq hesabatların hazırlanmasını təmin etmək. Namizədə tələblər: Cost Control və ya müvafiq sahə üzrə minimum 2-4 il iş təcrübəsi; Iiko, Opera PMS, Elektra PMS proqramları ilə işləmək bacarığı; İnventarizasiya (sayım) prosesinin aparılması və nəticələrinin işlənməsi üzrə praktiki biliklər; MS Excel proqramında işləmək bacarığı; Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik. Müraciətlərə yalnız restoran sahəsində müvafiq peşəkar təcrübəyə malik namizədlər üzrə baxılacaq. Uğurlu namizədlərə rəqabətədavamlı əməkhaqqı və peşəkar inkişaf üçün əlverişli iş mühiti təklif edirik. CV-lərinizi mövzu hissəsində “Cost Controller” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.