Qazanxanaçı - Respublika Diaqnostika Mərkəzi

Location: Bakı

Vəzifə öhdəlikləri:  Qazanxana sistemlərinin, köməkçi mexanizmlərin (nasoslar, mühərriklər, soyutma avadanlıqları və s.) düzgün istismarını, təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin etmək, tələb olunduqda onları işə salmaq və ya dayandırmaq. Buxar təzyiqini, suyun səviyyəsini, qızdırıcı sistemlərə verilən suyun temperaturunu, manometrləri, qoruyucu klapanları və avtomatik cihazları davamlı izləmək, normativlərə uyğunluğunu saxlamaq. Avadanlıqlarda yaranan nasazlıqları vaxtında müəyyən etmək və dərhal aidiyyəti şəxslərə məlumat vermək. Avadanlıqların iş rejiminə dair texniki göstəricilərinin qeydiyyatını aparmaq, sahə üzrə normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müvafiq jurnalları və sənədləşməni tərtib etmək. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, yanğından mühafizə üzrə normalara, eləcə də daxili nizam-intizam normalarına riayət etmək. Tələblər Təhsil: Orta texniki təhsil İş təcrübəs i: Müvafiq sahə üzrə 1 ildən yuxarı Yaş həddi:   20-45 yaş aralığında Sertifikat: Qazanxanaçı sertifikatı  Yüksək texniki biliklər İş rejimi və şərtlər İş yeri: Bakı şəhəri, Yasamal Rayonu İş rejimi: növbəli (yalnız gecə növbəsi) Əmək haqqı: 562 Azn Gross Maraqlanan namizədlər öz CV-lərini və setifikatlarının surətini  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.  CV göndərərkən vəzifəni qeyd etməyiniz xahiş olunur.