Yüklənir...
Location: Bakı
İ ş şəraiti 6 günlük iş qarfiki İş saatları: Həftə içi-09:30-17:30 6-cı gün - 10:00-15:00 Ünvan: Bakı, Nizami rayonu ,Babək prospekti 2360 Vəzifə öhdəlikləri Şirkətin məhsul və avadanlıqlarının satışı və icarəsi üzrə müştərilərlə işin aparılması; Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması, onların ehtiyaclarının müəyyən edilməsi və uyğun satış/icarə həllərinin təklif olunması; Müştərilərdən daxil olan satış və icarə sorğularının operativ şəkildə cavablandırılması; Satış və icarə üzrə kommersiya təkliflərinin hazırlanması və müştərilərə təqdim edilməsi; Qiymət, ödəniş şərtləri, icarə müddəti və digər kommersiya şərtlərinin müştərilərlə razılaşdırılması; Satış və icarə müqavilələrinin hazırlanması, rəsmiləşdirilməsi və icrasına nəzarət edilməsi; İcarəyə verilən avadanlıqların təhvil-təslim prosesinin koordinasiya edilməsi və müvafiq sənədlərin hazırlanması; İcarə müddətlərinin, müqavilələrin bitmə tarixlərinin və avadanlıqların geri qaytarılmasının izlənilməsi; İcarədən geri qaytarılan avadanlıqların texniki vəziyyətinin yoxlanılması üçün servis şöbəsi ilə koordinasiyanın aparılması; Satış və icarə sifarişlərinin sistemdə qeydiyyatının aparılması və məlumatların mütəmadi yenilənməsi; Satış və icarə əməliyyatlarının Mikro sistemində qeydiyyatının aparılması; Müştərilərin ödənişlərinin və debitor borclarının mühasibatlıq şöbəsi ilə birlikdə izlənilməsi; Satış və icarə üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Satış planlarının yerinə yetirilməsi və müəyyən edilmiş hədəflərə çatmaq istiqamətində aktiv fəaliyyət göstərilməsi; Bazarın, müştəri tələbatının və rəqiblərin təkliflərinin izlənilməsi; Satış, icarə, servis, ehtiyat hissələri, logistika və mühasibatlıq şöbələri arasında iş prosesinin koordinasiya edilməsi; Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması. Namizədə tələblər Bəy namizədlər Ali təhsil; Yaş həddi: 23–40 yaş; Satış, korporativ satış, avadanlıq icarəsi, B2B satış və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi; Sürücülük vəsiqəsinin olması və aktiv sürücülük bacarığı; Aktiv satış və müştəri cəlb etmə bacarığı; Müştərilərlə danışıqlar aparmaq və təqdimat etmək bacarığı; Kommersiya təklifləri və müqavilələrlə işləmək bacarığı; Satış və icarə proseslərinin idarə olunması və izlənilməsi bacarığı; MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər; Mikro sistemində işləmək bacarığı üstünlükdür; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və ingilis dili biliyi üstünlükdür; Məsuliyyətli, nəticəyönümlü, təşəbbüskar və ünsiyyətcil olmaq; Planlama, hesabatlılıq və məlumatları sistemləşdirmək bacarığı; Komandada işləmək və müxtəlif şöbələrlə effektiv koordinasiya qurmaq bacarığı. Təklif olunur Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq ; Peşəkar və karyera inkişafı imkanları; Nahar şirkət tərəfindən təmin olunur. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .