Yüklənir...
Location: Bakı
Unityfood Ltd MMC komandamıza yaradıcı düşüncəyə, güclü vizual zövqə və müasir dizayn yanaşmasına malik Qrafik Dizayner axtarır. Vəzifə öhdəlikləri Şirkətin sosial media hesabları üçün kreativ və diqqətçəkən vizual materialların hazırlanması; Reklam kampaniyaları, məhsul təqdimatları və marketinq fəaliyyətləri üçün dizaynların hazırlanması; Banner, poster, flayer, kataloq, buklet, təqdimat və digər çap və rəqəmsal materialların dizayn edilməsi; Məhsullar üçün reklam və tanıtım vizuallarının hazırlanması; Şirkətin korporativ üslubuna və brend standartlarına uyğun dizaynların hazırlanmasının təmin edilməsi; Yeni vizual konsepsiyaların və kreativ ideyaların hazırlanması; Mövcud dizaynların təkmilləşdirilməsi və zəruri dəyişikliklərin operativ şəkildə həyata keçirilməsi; Çap üçün nəzərdə tutulan materialların texniki tələblərə uyğun hazırlanması; Marketinq və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək; Dizayn layihələrinin müəyyən edilmiş müddətdə və keyfiyyət standartlarına uyğun təhvil verilməsi; Dizayn sahəsində müasir trendlərin izlənilməsi və şirkətin vizual kommunikasiya fəaliyyətində tətbiq edilməsi. Namizədə tələblər Rus diliyi biliyi mütləqdir; Qrafik dizayn sahəsində 1–3 il iş təcrübəsi; Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı; Çap dizayn işlərinin görülməsi Adobe InDesign, CorelDRAW və digər dizayn proqramlarını bilmək üstünlükdür; Güclü vizual zövq və kreativ düşüncə; Kompozisiya, rəng, tipoqrafiya və vizual iyerarxiya prinsipləri üzrə anlayış; Sosial media və rəqəmsal platformalar üçün dizayn hazırlamaq bacarığı; Detallara diqqətli, məsuliyyətli və operativ olmaq; Bir neçə tapşırığı prioritetləndirərək vaxtında icra etmək bacarığı; Komandada işləmək və digər şöbələrlə effektiv əməkdaşlıq etmək bacarığı; Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət bacarığı; Portfolio təqdim edilməsi mütləqdir. İş şəraiti İş qrafiki: 6 günlük iş həftəsi Əmək haqqı: 1000 AZN net Ünvan: Bakı, Nərimanov ray.,Çinar park Biznes mərkəzi Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini və portfolio nümunələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etmələri xahiş olunur.