1C proqramçısı - ABV

Location: Bakı

ABV şirkəti komandamıza qoşulacaq, 1C sisteminin idarə olunması, təkmilləşdirilməsi və texniki dəstəyi üzrə bilik və təcrübəyə malik 1C proqramçısı axtarır. Vəzifə öhdəlikləri: 1C proqram təminatının hazırlanması, təkmilləşdirilməsi və optimallaşdırılması; Mövcud 1C sistemində dəyişikliklərin və yeni funksionallıqların tətbiqi; İstifadəçilərdən daxil olan texniki sorğuların araşdırılması və həll edilməsi; 1C sistemində yaranan texniki problemlərin müəyyən edilməsi və aradan qaldırılması; Digər proqram təminatları və sistemlərlə inteqrasiyanın həyata keçirilməsi; Hesabatların, sorğuların və emal mexanizmlərinin hazırlanması; Sistemin fasiləsiz və effektiv fəaliyyətinin təmin edilməsi; Mövcud sistemin kodunun təhlili və texniki sənədləşdirmənin aparılması. Namizədə tələblər: Ali təhsil (İT və ya müvafiq texniki sahə üzrə olması üstünlükdür); 1C proqramlaşdırılması üzrə minimum 5-7 il iş təcrübəsi; 1C platforması üzrə praktiki biliklər; 1C daxili proqramlaşdırma dili və sorğularla işləmək bacarığı; SQL və verilənlər bazası ilə işləmək bilikləri; İnteqrasiya mexanizmləri və API ilə işləmək bacarığı üstünlükdür; Analitik düşünmə və problem həll etmə bacarığı; Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı. İş şəraiti: İş yeri: Bakı şəhəri; İş qrafiki: Tam iş günü; İş formatı: Ofisdən; Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir. Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “1C Proqramçısı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.