Yüklənir...
Location: Bakı
İşin təsviri Alqı-satqı və xidmət müqavilələrinin hazırlanması; Əlavə dəyər vergisinin (ƏDV) hesablanması, tərtibi və ödənilməsi; Köhnə və yeni dövr üzrə əvəzləşmələrin aparılması; Mənfəət bəyannaməsinin hazırlanması prosesində iştirak etmək; Rəhbərliyə aylıq hesabatların təqdim edilməsi (P&L, Balance Sheet); Statistika hesabatlarının hazırlanması və göndərilməsi; Təhvil-təslim aktlarının hazırlanması; Qiymətin razılaşdırma protokolunun hazırlanması; Qarşılıqlı üzləşdirmə aktlarının hazırlanması; Bank vasitəsilə onlayn ödənişlərin həyata keçirilməsi; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin hazırlanması (Vahid bəyannamə); Ödəmə mənbəyində tutulan vergilərin (ÖMV) hesablanması, tərtibi və ödənilməsi; Aylıq əmək haqqının hesablanması; Məzuniyyət və son haqq-hesabın hesablanması; Debitor və kreditor borclarının uçotu və nəzarəti. İş şəraiti Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00; İstirahət günləri: Şənbə – Bazar; Əmək haqqı: 1000–1500 AZN; İş yeri: Bakı şəhəri, Nəcəf Nərimanov 4. Tələblər Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil; İş təcrübəsi: Müvafiq sahədə minimum 3 (üç) il; Proqram bilikləri: 1C və MS Excel proqramlarını yaxşı səviyyədə bilmək; Qeyd: MS Excel biliyi mütləq yoxlanılacaq; Aktiv və çalışqan olmaq, komanda ilə işləmək bacarığı; Analitik düşünmə, məsuliyyətlilik və diqqətlilik; Vergi Məcəlləsi və mühasibat uçotu sahəsində biliklər; Səlis Azərbaycan dili biliyi; Rus dili biliyi arzuolunandır. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Subject/Mövzu: “Aparıcı Mühasib” Əlaqə: (+994) 55-229-55-07 Qeyd: Namizədlərdən xahiş olunur ki, vakansiyanın tələbləri ilə diqqətlə tanış olduqdan sonra CV-lərini qeyd olunan ünvana göndərsinlər. Peşəkar komandamıza qoşulmaq üçün müraciətinizi gözləyirik!