Yüklənir...
Location: Bakı
Struktur bölmə: Keyfiyyətin təminatı və keyfiyyətə nəzarət şöbəsi Vəzifənin əsas məqsədi: Layihələr üzrə QA/QC sənədlərinin hazırlanmasını, qeydiyyatını, aidiyyəti şəxslərə göndərilməsini və icra statusunun izlənilməsini təmin etmək, həmçinin sahələrdə həyata keçirilən işlərin, yoxlamaların və sınaqların sənədləşdirilməsinə dəstək göstərmək. Vəzifə öhdəlikləri: Podratçı şirkətlərdən gündəlik və həftəlik iş qrafiki məlumatlarının toplanması və təhlil üçün təqdim edilməsi; Layihə üzrə texniki sorğuların, RFI sənədlərinin və digər QA/QC yazışmalarının hazırlanması; Gün ərzində həyata keçiriləcək işlər üzrə yoxlama bildirişlərinin hazırlanması və aidiyyəti şəxslərə göndərilməsi; Sahədə görülmüş işlərin, aparılmış yoxlamaların və sınaqların aktlaşdırılmasının təmin edilməsi; Yoxlama və Sınaq Planları (ITP) üzrə icra vəziyyətinin qeydiyyatının aparılması; Aşkar edilmiş uyğunsuzluqların qeydiyyata alınması və bağlanma statusunun izlənilməsi; Tikinti sahəsinə gətirilən materialların sertifikat, sınaq protokolu və digər müşayiətedici sənədlərinin yoxlanılması və təsdiqə hazırlanması; Təsdiqlənmiş material sənədlərinin və görülmüş işlərə aid keyfiyyət qeydlərinin sistemləşdirilməsi; İcra olunmuş işlərin son vəziyyətini əks etdirən sənədlərin (as-built sənədlərin) toplanması və arxivləşdirilməsi; QA/QC sənədlərinin elektron və kağız daşıyıcılarda düzgün qeydiyyatının və arxivləşdirilməsinin təmin edilməsi; Sənədlərin təqdimetmə, baxılma, təsdiq və bağlanma statuslarının izlənilməsi; Həftəlik və aylıq sənəd statusu hesabatlarının hazırlanması. Namizədə tələblər: Ali təhsil (inşaat mühəndisliyi və ya digər texniki ixtisas üzrə təhsil üstünlükdür); Tikinti sahəsində sənədləşmə, QA/QC və ya Document Control üzrə minimum 2 il iş təcrübəsi; RFI, ITP, yoxlama bildirişləri, material təsdiq sənədləri, sınaq protokolları və uyğunsuzluq hesabatları barədə anlayış; MS Office, xüsusilə Word və Excel proqramlarında yaxşı işləmək bacarığı; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; İngilis və ya rus dilini bilməsi üstünlükdür; Texniki sənədlərlə diqqətli və sistemli işləmək bacarığı; Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı. Əmək şəraiti: Pozitiv və dəstəkləyici iş mühiti İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün) İş vaxtı: 09:00-18:00 İş yeri: ofis və layihə sahələri; Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.