Location: Bakı
Təsvir Baqaj lentlərinin, teleskopik trapların və digər texnoloji avadanlıqların texniki vəziyyətinə mütəmadi nəzarət etmək; Avadanlıqlarda yaranan nasazlıqları vaxtında aşkar etmək və onların aradan qaldırılmasını təmin etmək; Avadanlıqların fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək məqsədilə profilaktik texniki baxış və planlı təmir işlərini həyata keçirmək; Elektron və avtomatlaşdırılmış idarəetmə sistemlərinin saz və işlək vəziyyətdə saxlanılmasını təmin etmək; Texniki xidmət və təmir işlərini əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək; Görülmüş texniki xidmət və təmir işləri üzrə müvafiq hesabatların hazırlanmasında iştirak etmək; Şöbə rəhbərliyi tərəfindən vəzifə öhdəliklərinə uyğun verilən digər tapşırıqları icra etmək. Tələblər Ali təhsil (Elektronika, elektrik mühəndisliyi, avtomatika və ya digər əlaqəli texniki ixtisaslar); Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır (Texniki ingilis dili biliyi (avadanlıqların istismarı, texniki sənədlərin oxunması və beynəlxalq standartlarla işləmək üçün üstünlük kimi qiymətləndirilir); Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint; Yazılı və şifahi ünsiyyət bacarıqları; Problemlərin həlli bacarığı; Təqdimat bacarıqları; Öyrənmə qabiliyyəti; Dəyişikliklərə uyğunlaşma bacarığı; Komandada işləmək bacarığı. İş qrafiki: Növbəli İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.