Beynəlxalq iqtisadiyyat şöbəsinin rəisi - Azərbaycan Respublikasının Mərkəzi Bankı

Location: Bakı

Struktur bölmənin adı: Tədqiqatlar departamenti Vəzifənin funksiyaları: Beynəlxalq iqtisadiyyat, xarici ticarət, qlobal proseslərin ölkə iqtisadiyyatına təsirləri ilə bağlı tədqiqat işlərinin həyata keçirilməsinin təşkili və birbaşa iştirak; Tədiyə balansının proqnozlarının hazırlanması ilə bağlı işlərin təşkili və birbaşa iştirak; Qlobal enerji və əmtəə qiymətləri, tərəfdaş ölkələrdə inflyasiya prosesləri üzrə tədqiqat ideyalarının müəyyən edilməsi, bu sahədə araşdırmaların təşkili və nəticələri barədə analitik yazıların hazırlanması; AMB-nin struktur bölmələrinin sorğusu əsasında tematik tədqiqatların aparılmasının təşkili; Tədqiqat mövzularının formalaşdırılması və tədqiqat işlərinin təkmilləşdirilməsində, daxili müzakirələrdə və elmi konfranslarda iştirak, o cümlədən tədqiqat işlərinin dərc edilməsinin təşkili; Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması; Departament rəhbərliyinin tapşırığına uyğun olaraq şöbənin fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi. Təhsil İqtisadiyyat, beynəlxalq iqtisadiyyat, riyaziyyat, maliyyə - Ali təhsil Təcrübə Müvafiq sahə üzrə ən azı 4 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi Texniki biliklər  Makroiqtisadiyyat, Mikroiqtisadiyyat, Monetar iqtisadiyyat və pul siyasəti, Ümumi iqtisadiyyat və bankçılıq, Statistika və Ekonometrika, Təqdimat və yazı bacarıqları – yüksək səviyyədə Kompüter bacarığı Statistik və ya ekonometrik - riyazi tətbiqi proqramlardan Eviews və R (həmçinin bu proqramlarda kodlaşdırma bacarıqları) - Yüksək səviyyədə MS Office proqramları - Yüksək səviyyədə Dil bilikləri Azərbaycan dili - yüksək səviyyədə İngilis dili – yüksək səviyyədə Davranış kompetensiyaları Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik,,vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə Liderlik kompetensiyaları Dəyişikliklərin idarə edilməsi, təşkilatçılıq və planlaşdırma, qərar qəbuletmə Əlavə tələblər  Seçim prosesi çərçivəsində real iş mühitində praktiki tapşırıq yerinə yetirmək GZİT təhlili (SWOT), struktur bölmə üzrə vizyon və tədbirlər planı haqqında təqdimat hazırlamaq Maraqlanan namizədlər  Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.