Qeydiyyatçı (Resepşionist) - Azersun Holding

Location: Bakı

Front desk – Your stage! English & Russian speaking Receptionist wanted! Azersun Holding şirkətlər qrupuna daxil olan Dreamland Golf Hotel -də "Qeydiyyatçı (Resepşionist)" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq. Ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: Tələblər: Tam orta və ya ali təhsilli olmalı; Komandada işləmək bacarığı olmalı; İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı; Müştəri xidmətləri sahəsi üzrə iş təcrübəsi olmalı; Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli; MS Office proqramlarını yaxşı səviyyədə bilməli; ​​​​​​İş haqqında məlumat: Bütün giriş və çıxış tapşırıqlarının yerinə yetirilməsi; Onlayn və telefon rezervasiyalarının idarə edilməsi; Müştərilərə ödəniş üsulları haqqında məlumat verilməsi və onların kredit kartı məlumatlarını yoxlanılması; Lazımi sənəd və məlumatları qonaqdan soruşub qeyd aparılması (passport, əlaqə məlumatları və qaldıqları dəqiq tarixlər kimi); Gələn qonaqları qarşılayıb, otaqlarını təyin edib yerləşdirilməsi; Otelimiz, mövcud otaqlar, qiymətlər, xidmət və imkanlar haqqında müştərilərə məlumat verilməsi; Qonaqların şikayətlərinə vaxtında və peşəkar şəkildə cavab vermək;  Bütün otaqların təmiz, səliqəli və qonaqların ehtiyaclarını ödəmək üçün tam təchiz olunmasını təmin etmək üçün təmizlik işçiləri ilə əlaqə saxlanılması; Müvafiq hallarda əlavə obyekt və xidmətlərin satışı; Rezervasiya və ödənişlərin yenilənmiş qeydlərini aparılması, vaxında ödənişlərin alınması və sistemdə əks etdirilməsi; Kassa əməliyatlarının, növbə üzrə toplanan vəsaitlərin baş kassirə təhvil verilməsi; Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək; İş yeri: Bakı şəhəri /  https://lnkd.in/gnPFwChk Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .  Mövzu hissəsində: “Qeydiyyatçı (Resepsionist)”