Middle DevOps engineer - AZINTELECOM

Location: Bakı

Təsvir Mövcud infrastruktur və platforma üzrə texniki sorğuların icrası, dayanıqlılığın və performansın təmin olunması; Linux əsaslı mühitlərdə yaranan problemlərin operativ diaqnostikası və həlli; İnfrastrukturun kodla təsviri, dəyişikliklərin təkrarlanan və izlənilən şəkildə tətbiqi; CI/CD və GitOps proseslərinin qurulması, inkişafı və komandalar üçün dəstəyi; Monitorinq, alerting və observability vasitələrinin idarə olunması və təkmilləşdirilməsi; Təhlükəsizlik, ehtiyat nüsxələmə və bərpa tələblərinə uyğun əməliyyatların dəstəklənməsi; Platforma və infrastruktur proseslərinin avtomatlaşdırılması və sənədləşdirilməsi; Tələblər Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üzrə ali təhsil üstünlükdür); Linux əməliyyat sistemləri üzrə güclü praktiki təcrübə; İnfrastrukturun kodla idarə olunması və avtomatlaşdırma (Terraform, Ansible); Konteyner texnologiyaları və konteyner orkestrasiyası (Kubernetes); CI/CD sxemlərin qurulması və idarə olunması (GitLab CI); GitOps yanaşması ilə tətbiqlərin və platforma komponentlərinin idarə olunması (Argo CD); Monitorinq, mərkəzləşdirilmiş log və tracing sistemləri üzrə təcrübə (Prometheus, Grafana, Sentry, Loki); Şəbəkə əsasları (TCP/IP, DNS, load balancing, firewall) üzrə baza bilikləri; Virtualizasiya mühitləri ilə iş təcrübəsi (VMware vCloud); Skript və ya proqramlaşdırma dili üzrə təcrübə (Python, Go və ya Bash); Secret və konfiqurasiyaların təhlükəsiz idarə olunması barədə təcrübə (Hashicorp Vault); Azərbaycan dili — sərbəst; İngilis dili — intermediate səviyyədə; Analitik düşüncə, problem həlli, komanda ilə iş və məsuliyyətlilik. Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.