Yüklənir...
Location: Bakı
Namizədə aid tələblər: Ali təhsil: İnşaat mühəndisliyi (və ya uyğun sahə) Minimum 2 il sahə təcrübəsi (tikinti icrası və komanda koordinasiyası) AutoCAD bilikləri Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər üzrə güclü biliklər Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı Sifarişçi ilə yazılı/şifahi kommunikasiya və sahədə problem həll etmə bacarığı Vəzifə öhdəlikləri: Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin Sahədə Sifarişçi/Nəzarətçi ilə gündəlik koordinasiya, iclaslarda iştirak, razılaşdırılmış qərarların icrasına nəzarət Şirkətin sahə işçiləri/briqadaların işinin təşkili, tapşırıqların bölgüsü və icraya nəzarət Layihə sənədləri və çertyojlara əsasən işlərin icrasının yoxlanması; ölçülərin götürülməsi və görülmüş iş həcmlərinin təsdiqi Layihənin vaxt qrafikinə uyğun icrasına nəzarət; gecikmə risklərini müəyyən edib tədbir planı hazırlamaq və rəhbərliyə təqdim etmək Material planı və sərfiyyatı: material ehtiyacının planlanması üçün texniki ofisə məlumat ötürmək, sahədə materialların qəbul/yoxlanması, sərfiyyatın izlənməsi Texniki ofisə operativ məlumat axını: gündəlik/həftəlik progress məlumatı, foto-hesabatlar, ölçü cədvəlləri və icra qeydləri Sənədləşdirmə: iş jurnalları, icra aktları, yoxlama sənədləri, təhvil toplanması və sistemləşdirilməsi Keyfiyyət və təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət (daxili prosedurlar/HSE ilə koordinasiya) İş şəraiti: İş rejimi: Həftə içi 6 gün Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə. Nahar şirkət tərəfindən verilir Əmək haqqı: Müsahibə əsnasında təyin ediləcək Yalniz tələblərə uyğun namizədlərin CV-ləri Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərməyiniz xahiş olunur.