SƏTƏMM üzrə koordinator - Blue Planet Distribution

Location: Bakı

İş yeri: Bakı şəhəri İşin qısa təsviri SƏTƏMM üzrə koordinator şirkətin iş yerlərində əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət edir, təhlükələri müəyyənləşdirir, riskləri qiymətləndirir və onların azaldılması üçün qabaqlayıcı tədbirlər hazırlayır. Əsas vəzifələr Əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək; İş yerlərində təhlükələri müəyyənləşdirmək, riskləri qiymətləndirmək və qabaqlayıcı tədbirlər hazırlamaq; İşçilər üçün təhlükəsizlik üzrə təlimlər və təlimatlandırmalar keçirmək; İş yerlərinin, avadanlıqların və fərdi mühafizə vasitələrinin yoxlanılmasında iştirak etmək; İstehsalat hadisələrinin araşdırılmasında iştirak etmək; Müvafiq hesabatları və təhlükəsizlik sənədlərini hazırlamaq. Namizədə tələblər SƏTƏMM və ya əməyin mühafizəsi sahəsində minimum 2 il iş təcrübəsi; Azərbaycan Respublikasının əməyin mühafizəsi üzrə qanunvericilik və normativ tələblərini bilmək; Əməyin mühafizəsi, mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil arzuolunandır; Müvafiq SƏTƏMM sertifikatlarına sahib olmaq; Risklərin qiymətləndirilməsi, təhlükəsizlik təlimlərinin keçirilməsi və hesabatların hazırlanması bacarığı; Yaxşı ünsiyyət və təşkilatçılıq bacarıqları; MS Office proqramlarından istifadə bacarığı; Dürüstlük, məsuliyyətlilik, analitik düşüncə və problemləri operativ həll etmək bacarığı. Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.