Texniki Ofisə Dəstək üzrə Mütəxəssis - BMY Caspian MMC

Location: Bakı

İş şəraiti İş qrafiki:  Həftədə 5 gün, 09:00–18:00 Əmək haqqı:  Müsahibə əsasında Əsas vəzifələr: Texniki ofisin gündəlik işlərinə inzibati və texniki dəstək göstərmək; Excel proqramında hesabatların və məlumatların hazırlanması və aparılması; AutoCAD proqramı ilə işləmək; Ümumi tender sənədlərinə və proseslərinə baxış keçirmək; Əməkdaşların davamiyyətinin izlənilməsi və uçotunun aparılması; Tikinti sahələrində çalışan əməkdaşlarla operativ kommunikasiya yaratmaq; Sahələrdən daxil olan məsələlərin koordinasiyası və problemlərin həllinə dəstək olmaq; Kargüzarlıq və sənədləşmə işlərini həyata keçirmək; Texniki xarakterli gündəlik işləri yerinə yetirmək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək. Namizədə tələblər: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; Excel proqramını yaxşı səviyyədə bilmək; AutoCAD proqramı ilə işləmək bacarığı; Kargüzarlıq və sənədləşmə üzrə anlayış; Güclü kommunikasiya və problem həll etmə bacarığı; Stress altında işləmək və operativ qərar vermək bacarığı; Məsuliyyətli, diqqətli və təşkilatçı olmaq; Tikinti sahəsində iş prinsiplərini anlamaq üstünlükdür. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini vakansiyanın adını mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.