Yüklənir...
Location: Bakı
Qrup şirkətlərimizdən biri olan CCN İnşaat -ın Azərbaycan, Bakı Mərkəz ofisi üçün üçün "Baş Mühasib və Vergi Mütəxəssisi” vəzifəsinə peşəkar namizəd axtarırıq. İşin təsviri Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun aparılması; Maliyyə, mühasibat və vergi uçotunun tam və düzgün təşkili; Vergi, DSMF, statistika və digər dövlət orqanlarına hesabatların vaxtında hazırlanması və təqdim edilməsi; ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəliklərinin hesablanması və nəzarətdə saxlanılması; Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi; E-qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sistemlərlə işləmək; Bank, kassa və ödəniş əməliyyatlarının icrası və uçotunun aparılması; Debitor və kreditor borclarına nəzarət, üzləşmə aktlarının hazırlanması; Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması; Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması; Müqavilələrin vergi və maliyyə baxımından təhlil edilməsi; Vergi yoxlamaları və müstəqil audit proseslərində şirkətin təmsil olunması; Rəhbərlik üçün aylıq maliyyə və idarəetmə hesabatlarının hazırlanması; Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması; Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və fəaliyyətə tətbiq edilməsi. Vəzifə üzrə tələblər Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil; Baş mühasib, vergi mütəxəssisi və ya analoji vəzifədə minimum 5 il iş təcrübəsi; Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyini mükəmməl bilmək; Vergi hesabatları və dövlət elektron portalları ilə işləmək bacarığı; 1C, BTP, e-Taxes, e-Gov, e-Qaimə və MS Office proqramlarında sərbəst işləmək bacarığı; Vergi hesablamaları, əmək haqqı və maliyyə hesabatları üzrə praktiki təcrübə; Analitik düşünmə, yüksək məsuliyyət və dəqiqlik; Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı; Tikinti sektorunda iş təcrübəsi üstünlük hesab olunur. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib və Vergi Mütəxəssisi” qeyd etməklə [email protected] və [email protected] elektron poçt ünvanlarına və ya Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.