Yüklənir...
Location: Bakı
Komandamıza satış üzrə təcrübəçi axtarırıq! Bu proqram sənə nə qazandıracaq? Real iş mühitində satış prosesini sıfırdan öyrənmək; Müştəri ilə düzgün ünsiyyət qurmaq və ehtiyaclarını müəyyənləşdirmək; Telefon və digər kommunikasiya kanalları üzərindən effektiv satış aparmaq; Etirazlarla işləməyi və satışa çevirmə bacarığını inkişaf etdirmək; CRM və satış prosesinin idarə olunması ilə tanış olmaq; Facemark-ın təşkil etdiyi real tədbirlər və layihələr üzərində praktiki təcrübə qazanmaq; Uğurlu nəticə göstərdiyin halda komandanın bir hissəsi olmaq imkanı əldə etmək. Səndən nə gözləyirik? Ünsiyyət qurmağı sevən və insanlarla rahat danışan; Satış sahəsinə marağı olan və bu istiqamətdə inkişaf etmək istəyən; Öyrənməyə açıq, enerjili və təşəbbüskar; Qarşısına qoyulan hədəflərə çatmağa fokuslanan; Dinləmə və inandırma bacarığı güclü; Məsuliyyətli və komanda ilə işləməyi bacaran; Öhdəliklərin nələr olacaq? Facemark tədbirləri ilə bağlı potensial iştirakçılarla əlaqə saxlamaq; Müştərilərə tədbirlər, proqramlar və iştirak imkanları haqqında məlumat vermək; Müştərinin ehtiyacını müəyyənləşdirərək uyğun tədbir və iştirak formasını təklif etmək; Daxil olan müraciət və zənglərin cavablandırılmasında iştirak etmək; Satış prosesinin mərhələlərini izləmək və nəticələri sistemdə qeyd etmək; Potensial müştərilərlə davamlı əlaqə saxlamaq və follow-up etmək; Satış hədəflərinin yerinə yetirilməsinə töhfə vermək; Tədbir öncəsi və tədbir zamanı satış komandası ilə koordinasiyada iştirak etmək. Facemark ailəsinə qoşulmaq istəyirsinizsə, CV-nizi mövzu hissəsində "Satış üzrə Təcrübəçi" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz.