Baş mühasib / Maliyyə Meneceri - General Supply

Location: Bakı

Əsas vəzifə və öhdəliklər: Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunda və hesabat sənədlərində əks etdirilməsini təşkil etmək və nəzarətdə saxlamaq; Müəssisənin mühasibat uçotunun və maliyyə hesabatlarının düzgün aparılmasını təmin etmək; Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək; Vergi hesabatlarının hazırlanmasını və qanunvericilikdə müəyyən edilmiş müddətlərdə təqdim edilməsini təşkil etmək; Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanmasını və vaxtında köçürülməsini təmin etmək; Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək; İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək; Daxil olan və çıxan pul vəsaitlərinin uçotunu, bank əməliyyatlarını, xərcləri, məhsul satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarını təşkil etmək və nəzarətdə saxlamaq; Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilmə hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna , digər ayırmaları tərtib və nəzarət etmək; Əməkhaqqı ödənişlərinin, dövlət büdcəsinə məcburi ödənişlərin, sosial sığorta ayırmalarının və digər öhdəliklərin düzgün hesablanmasına nəzarət etmək; Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək; Maliyyə intizamına riayət olunmasını, inzibati-təsərrüfat və digər xərclərin mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək; Vergi risklərini əvvəlcədən müəyyənləşdirmək və qanunvericiliyə uyğun idarə etmək; Pul axınının planlaşdırılmasını və nəzarətini həyata keçirmək; Büdcənin hazırlanmasını və faktiki nəticələrlə müqayisəli təhlilini təmin etmək; Mənfəətlilik, marja və xərclərin optimallaşdırılması üzrə rəhbərliyə təkliflər vermək; Mühasibatlıq komandasının fəaliyyətini idarə etmək və nəzarətdə saxlamaq; Namizədə qarşı tələblər: Maliyyə, mühasibatlıq və ya əlaqəli ixtisas üzrə ali təhsil; Baş mühasib, Maliyyə meneceri və ya oxşar rəhbər vəzifədə minimum 7 il iş təcrübəsi; 1C (8.3 Kompleks Avtomatlaşdırma)  və MS Excel ilə yüksək səviyyədə işləmə bacarığı; Vergi qanunvericiliyi üzrə dərin biliklər; Büdcələşdirmə, maliyyə təhlili və pul axınının idarə olunması üzrə güclü bilik və bacarıqlar; Peşəkar Mühasib Sertifikatı (PMS – MHBS); ACCA, DipIFR və ya digər beynəlxalq maliyyə sertifikatları üstünlükdür; Azərbaycan dilini səlis bilməli; rus və ingilis dili bilikləri üstünlükdür; Analitik düşüncə, yüksək məsuliyyət, detallara diqqət və effektiv qərarvermə bacarığı; Komandanı idarə etmək və rəhbərliklə effektiv kommunikasiya qurmaq bacarığı; İş şəraiti: 5 günlük iş həftəsi İş vaxtı: 09:00 - 18:00 Tibbi sığorta Korporativ nömrə Əməkhaqqı: 4000-6000 AZN. Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Baş mühasib / Maliyyə meneceri” başlığı ilə göndərə bilərlər.