Anbar işçisi – Xırdalan şəhəri - GFC MMC

Location: Bakı

İş yeri –  Xırdalan şəhəri, anbar . İşəgötürən:  “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi  Namizədə aid tələblər: Fiziki işləri yerinə yetirmək bacarığı;  Komandada işləmək bacarığı;  Diqqətli, məsuliyyətli və intizamlı olmaq;  Dondurucu, soyuducu və quru anbar şəraitində işləməyə hazır olmaq;  AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır. Əsas vəzifə öhdəlikləri: Anbara daxil olan mal-materialların qəbulunu, boşaldılmasını və müəyyən edilmiş saxlama sahələrinə yerləşdirilməsini həyata keçirmək;  Daxil olan sifarişlərə uyğun olaraq mal-materialları toplamaq və göndəriş üçün hazırlamaq;  Mal-materialların refrijerator nəqliyyat vasitələrinə yüklənməsi və boşaldılması işlərini yerinə yetirmək;  Anbar daxilində məhsulların daşınmasını və düzgün yerləşdirilməsini təmin etmək;  Dondurulmuş, soyudulmuş və quru məhsulların saxlanma qaydalarına riayət etmək;  Sayım və inventarizasiya proseslərində iştirak etmək;  Anbar sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;  Zədələnmiş və ya uyğunsuz məhsullar barədə dərhal rəhbərliyə məlumat vermək;  Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;  Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək. İş şəraiti: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; 6 günlük iş rejimi; İş yeri – Xırdalan şəhəri,anbar;  Əməkhaqqı - 650-750 Azn; Müasir idarəetmə sistemi və mehriban kollektiv. Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “ Anbar işçisi ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.