Location: Bakı
Əsas vəzifələr Şirkətdə gündəlik və dövri satınalma ehtiyaclarını müəyyən etmək, müvafiq şöbələrdən daxil olan sifarişləri toplamaq və planlaşdırmaq; Qida məhsulları, içkilər, qablaşdırma materialları, təsərrüfat malları və digər zəruri məhsullar üzrə satınalma prosesini təşkil etmək; Məhsulların tələb olunan keyfiyyət, miqdar və çeşiddə, razılaşdırılmış müddətdə çatdırılmasını təmin etmək; Mövcud təchizatçılarla işgüzar əlaqələri qorumaq, yeni təchizatçıların araşdırılmasını və seçilməsini həyata keçirmək; Təchizatçılardan kommersiya təklifləri almaq, qiymətləri, keyfiyyəti, ödəniş və çatdırılma şərtlərini müqayisə etmək; Qiymət və müqavilə şərtləri üzrə danışıqlar aparmaq, şirkət üçün daha sərfəli satınalma şərtlərinin əldə edilməsinə çalışmaq; Satınalma sifarişlərini hazırlamaq, təsdiq prosesini izləmək və sifarişlərin icra vəziyyətinə nəzarət etmək; Çatdırılma zamanı məhsulların sifarişə uyğunluğunu, son istifadə tarixlərini və tələb olunan keyfiyyət göstəricilərini aidiyyəti əməkdaşlarla koordinasiya etmək; Məhsul çatışmazlığı, gecikmə, keyfiyyət uyğunsuzluğu və digər təchizat problemlərini vaxtında müəyyən etmək və həlli üçün tədbirlər görmək; Anbar və restoran komandaları ilə əməkdaşlıq edərək qalıqlar, istehlak həcmi və yenidən sifariş ehtiyacları barədə məlumatları nəzərə almaq; Satınalma xərclərini izləmək, qiymət dəyişikliklərini təhlil etmək və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək Namizədə tələblər Satınalma sahəsində 1 il iş təcrübəsi (Restoran və qida sektorunda təcrübə üstünlükdür) Şirkətlər ilə danışıqlar aparmaq və qiymət təhlili bacarığı; MS Excel və MS Office proqramları ilə işləmək bacarığı; Rus dili mütləqdir Sənədləşmə və hesabatların hazırlanması üzrə diqqətlilik; Məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı. İş şərtləri İş yeri: Bakı şəhəri Nahar şirkət tərəfindən təmin edilir Əmək haqqı: 900-1000 Azn Uyğun namizədlər öz CV-lərini “Satınalma mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.