Yüklənir...
Location: Bakı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi “Mühasib” vəzifəsi üzrə vakansiya elan edir: Mühasib Məkan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 151 İş qrafiki: Bazar ertəsi – Cümə, 08:00-17:00 Tələblər: Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil; Mühasibat uçotu sahəsində minimum 1 il iş təcrübəsi; 1C mühasibat proqramı, MS Excel və digər Microsoft proqramları,dövlət vergi orqanlarının elektron informasiya sistemləri ilə işləmək bacarığı. Satış əməliyyatları, hesablaşmalar və debitor borcların uçotu üzrə bilik və bacarıqlar; Əsas vəsaitlərin uçotu, amortizasiya hesablanması və inventarizasiya qaydaları üzrə biliklər; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və ya ingilis dillərindən ən azı birini bilmək üstünlükdür Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı. Öhdəliklər: Təhsil xidmətləri üzrə müqavilələrin, ödəniş qrafiklərinin və hesablaşmaların uçotunu aparmaq; Şagirdlər üzrə ödəniş və daxilolmaları izləmək, debitor borcların və gecikmiş ödənişlərin uçotunu aparmaq, onların vaxtında ödənilməsinə nəzarət etmək; Nağdsız və POS-terminal ödənişləri mühasibat uçotunda əks etdirmək və üzləşdirmələr aparmaq; Satış və yığım əməliyyatları üzrə hesabatlar hazırlamaq, uçot məlumatlarının düzgünlüyünü təmin etmək. Əsas vəsaitlərin qəbulu, təhvil-təslimi, yerdəyişməsi, amortizasiyası və silinməsi üzrə mühasibat uçotunu aparmaq, müvafiq sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək; Əsas vəsaitlərin inventar qeydiyyatını, barkodlaşdırılmasını və maddi məsul şəxslər üzrə uçotunu aparmaq, inventarizasiya prosesində iştirak etmək və uçot məlumatlarını faktiki mövcudluqla üzləşdirmək; Əsas vəsaitlər üzrə hesabatları hazırlamaq, müvafiq əməliyyatların 1C proqramında düzgün və vaxtında əks etdirilməsini təmin etmək. Biz təklif edirik: Rəqabətədavamlı xalis əməkhaqqı Kompleksin yeməkxanasında nahar imkanı Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını “Mühasib” başlığı ilə göndərsinlər.