Yüklənir...
Location: Bakı
Hazırda Yves Rocher brendinin merçendayzinq fəaliyyətinə tam məsuliyyət daşıyacaq Merçendayzer axtarırıq. Vəzifə öhdəlikləri Merçendayzinq və vizual idarəetmə Aylıq merçendayzinq materiallarını mağazaya zamanında ötürmək, cari ayın ilk 4 günündə yeni merçendayzinqin mağazalarda tam şəkildə implimentasiya olunmasını təmin etmək, ay sonuna qədər merçendayzinqi standarta uyğun şəkildə saxlanılmasını təmin etmək və prosesi daim nəzarətdə saxlamaq. Mağaza vitrinlərini cari ayın ilk günündə yeni merçendayzinqə əsasən dəyişilməsini təmin etmək. BM və ya RM-lərdən istifadə müddətinə 12 ay qalmış məhsulların siyahısı alınmalı və onların satışı barədə təkliflər verilməli və icra edilməli. Satışı zəif gedən, istifadə müddətinə 6 ay qalmış məhsulların realizasiyasını artırmaq üçün kreativ merçendayzinq təklifləri hazırlamaq və bu prosesi daim nəzarətdə saxlamaq. Satış nöqtələrində və mağazalarda depo ehtiyatını, məhsul çeşidlərinin kifayətliliyini mütəmadi yoxlamaq. Uyğunsuzluq aşkarlandığı halda vəziyyətdən asılı olaraq mağaza, RM, BM ilə vəziyyəti aydınlaşdırmaq və tədbir metodu seçmək. (2 ci dərəcəli baş vəzifə öhdəliyi) Məhsulların implementasiyasiya olunmuş merçendayzinq standartlarına əsasən rəflərdə mövcudluğunu daim nəzarətdə saxlamaq. Uyğunsuzluq aşkarlandığı halda vəziyyətdən asılı olaraq mağaza, RM, BM ilə vəziyyəti aydınlaşdırmaq və tədbir metodu seçmək. (2 ci dərəcəli baş vəzifə öhdəliyi) Mağazada qüvvədə olan bütün kampaniyalar və endirimlərlə bağlı vizual kommunikasiyaların hazırlanması və mağazalarda implementasiyasını təmin etmək. Mağaza əməliyyatları və nəzarət Mağazada yerləşdirilən və anbarda saxlanılan çap materiallarının çeşidlənməsini və istifadə üçün yararlı qalmasını daim nəzarətdə saxlamaq. Mağazada satış üçün nəzərdə tutulan dəstlərin hazırlanma prosesini təmin etmək. Dəstlərin ümumi dizaynını przentasiya şəklində hazırlamaq və müzakirə üçün BM və direktora təqdim etmək. Hesabatlılıq və kommunikasiya Mağazalarda hər hansı merçendayzinq ilə bağlı problem aşkarlandıqda RM və BM ünvanlarına rəsmi məlumat e-maili göndərmək. Bütün satış məntəqələri üzrə müəyyən edilmiş qaydada lazımi qeydləri vaxtında aparmaq (sifarişlər, düzəlişlər, çatışmayan məhsul, aksesuar, dəyişiklik) və vəziyyətdən asılı olaraq BM və ya RM məlumat vermək və prosesi nəzarətdə saxlamaq. Cari ayın 15-i növbəti ayı müzakirə etmək. Mütəmadi olaraq Rəhbərlərə aylıq görüləcək işlər barədə foto/yazılı hesabatların, prezentasiyaların təqdim olunması. Aylıq iş qrafikinin HR Departamentinə təqdim edilməsi. (location) Brend və məhsul bilikləri Brendin məhsul çeşidləri barəsində daim məlumatlı olmaq, yeni məhsullar barədə baş təlimçidən mütəmadi olaraq məlumatları əldə etmək, Brendin təşkil etdiyi təlimlərində mütləq şəkildə iştirak etmək. Açılış, bağlanış və logistika Yeni mağazaların açılışı zamanı mağazaları loqo, zəruri brend təqdimat, kommunikasiya və çap materialları ilə təmin edilməsi. Mağaza bağlanışı zamanı loqonun çıxarılmasını, aksesuarların və çap materiallarının inventarizasiyasını təmin edilməsi, bütün ləvazimantalrın standartlara uyğun şəkildə paketlənməsinin təmin edilməsi və prosesin nəzarətdə saxlanılması, zərurət yarandıqda digər mağazalara transfer, ehtiyac olmadıqda anbara göndərilməsini təmin etmək. Anbar və materialların idarə olunması Anbarda saxlanılan istənilən mebel və aksesuarların mövcud olduğu təqdirdə brendin təqdimat, çap və kommunikasiya materiallarının, qutuların standarta uyğun şəkildə zədələnmədən istifadəyə yararlılıq halını itirmədən saxlnılmasını təmin etmək və prosesi daim nəzarətdə saxlamaq. Qırılmış və ya zədələnmiş mebel, çap materialları və aksesuarların səbəblərini araşdırmaq, BM və RM yazılı formada məlumatlandırmaq. Mağaza üçün lazım olan yeni mebel və aksesuarların siyahısını hazırlamaq və sifariş üçün BM təqdim etmək, prosesi daim nəzarətdə saxlamaq. Namizəd üçün tələblər Yalnız xanım namizədlər; Merçendayzer vəzifədə pərakəndə satış sahəsində minimum 3-5 il təcrübə (retail sahəsində çalışması üstünlükdür); Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı; Stok, qiymət və satış idarəçiliyində praktiki təcrübə; Azərbaycan və rus dillərində sərbəst ünsiyyət. İş şəraiti İş qrafiki: 6/1, Növbəli iş qrafiki Əmək haqqı: 800-900 Azn+ KPİ Maraqlanan namizədlərdən mövzu sətrində “Merçendayzer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri tələb olunur.