Yüklənir...
Location: Bakı
Təsvir Dövlət qurumlarında İT idarəetməsi, rəqəmsal transformasiya və informasiya sistemləri üzrə mövcud vəziyyətin təhlili və qiymətləndirilməsi; Qiymətləndirmə nəticələri əsasında çatışmazlıqların və risklərin müəyyən edilməsi, təkmilləşdirmə üzrə tövsiyələrin hazırlanması; Tövsiyələr və təkmilləşdirmə tədbirlərinin icra vəziyyətinin monitorinqi və nəticələr üzrə hesabatlılığın təmin edilməsi; Dövlət qurumlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası və rəqəmsal yetkinlik göstəricilərinin qiymətləndirilməsi; Qiymətləndirmə və diaqnostika nəticələri üzrə analitik hesabatların, təqdimatların və fəaliyyət planlarının hazırlanması; Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrin texniki və səmərəlilik baxımından məqsədəuyğunluğunun qiymətləndirilməsi; Reyestrlərə (İESR, EXR və s.) qeydiyyat prosesinin həyata keçirilməsi; İT sahəsində tətbiq edilən siyasət, prosedur, standart və digər idarəetmə sənədlərinin təhlili, habelə hazırlanması; Elektron xidmətlərin funksional tələblərə uyğunluğunun yoxlanılması, habelə istifadəçi təcrübəsinin qiymətləndirilməsi. Normativ sənədlərin hazırlanmasında iştirak edilməsi; Beynəlxalq standartlar və qabaqcıl təcrübələr əsasında qiymətləndirmə metodologiyalarının və meyarlarının hazırlanması və təkmilləşdirilməsi; Dövlət qurumları ilə görüşlərin və müzakirələrin keçirilməsi, təqdim edilən məlumatların və təsdiqedici sənədlərin təhlil edilmədi; Hesabatlılığın təmin edilməsi; Digər zəruri tapşırıqlar üzrə müvafiq araşdırmaların aparılması. Tələblər İT idarəetməsi, İT auditi, İT risklərinin idarə edilməsi və ya informasiya sistemlərinin qiymətləndirilməsi sahəsində minimum 2 il iş təcrübəsi; İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya sistemləri və ya əlaqəli ixtisaslar üzrə ali təhsil; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, ingilis dilində texniki sənədlərlə işləmək bacarığı; Rəqəmsal transformasiya, İT strategiyası və rəqəmsal yetkinliyin qiymətləndirilməsi yanaşmaları üzrə biliklər; Elektron xidmətlərin və informasiya sistemlərinin texniki qiymətləndirilməsi və təhlili bacarığı; Biznes proseslərinin təhlili, modelləşdirilməsi və avtomatlaşdırılması üzrə biliklər; İnformasiya təhlükəsizliyi, ehtiyat nüsxələmə, fəlakətdən bərpa və fəaliyyətin fasiləsizliyi prinsipləri üzrə biliklər; İT risklərinin qiymətləndirilməsi, daxili nəzarət mexanizmləri və uyğunluq tələbləri üzrə biliklər; İT xidmətlərinin, dəyişikliklərin, insidentlərin və İT aktivlərinin idarə edilməsi prosesləri üzrə biliklər; İnformasiya sistemlərinin arxitekturası, verilənlər bazaları, API, sistemlərarası inteqrasiya və bulud texnologiyaları üzrə texniki biliklər; COBIT, ITIL, ISO/IEC 38500, ISO/IEC 27001 və ISO 31000 standartları və çərçivələri üzrə biliklər; Elektron xidmətlər üzrə istifadəçi təcrübəsinin qiymətləndirilməsi və funksional tələblərə uyğunluğun yoxlanılması bacarığı; Dövlət qurumları və digər aidiyyəti subyektlərlə rəsmi və işgüzar danışıqların (habelə yazışmaların) aparılması qabiliyyəti və Elektron sənəd dövriyyəsi sistemindən istifadə təcrübəsi; MS Excel, PowerPoint və digər ofis proqramlarından sərbəst istifadə bacarığı; Analitik təhlil, qiymətləndirmə hesabatlarının hazırlanması və əsaslandırılmış tövsiyələrin formalaşdırılması bacarığı; Proaktivlik və müstəqil işləmə qabiliyyəti. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.