Rəqəmsal marketinq üzrə mütəxəssis - Kontakt Home

Location: Bakı

Təsvir Ətraflı rəqəmsal marketinq planlarının hazırlanması və brend/məhsul kampaniyalarının həyata keçirilməsi; Reklam kampaniyalarının planlaşdırılması, idarə olunması və koordinasiyası; Kampaniyaların effektivliyinin ölçülməsi, nəticələrin təhlili və müntəzəm performans hesabatlarının hazırlanması; Reklam büdcəsinin hazırlanması, rəhbərliyə təqdim edilməsi və təsdiqlənmiş büdcə çərçivəsində icrasına nəzarət; Veb-saytlar üzrə SEO strategiyasının hazırlanması və həyata keçirilməsi (texniki SEO, On-page SEO və kontent SEO); Hesabatların hazırlanması, kampaniyaların idarə edilməsi və təkrarlanan marketinq proseslərinin AI alətləri vasitəsilə avtomatlaşdırılması; Yeni kommunikasiya kanallarının və rəqəmsal alətlərin araşdırılması, qiymətləndirilməsi və marketinq proseslərinə inteqrasiyası; Marketinq fəaliyyətləri üzrə təqdimatların və hesabatların hazırlanması; Kampaniya prosesində yaranan texniki və strateji problemlərin operativ müəyyənləşdirilməsi və həll edilməsi. Tələblər Ali təhsil; Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi (e-commerce sahəsində təcrübə üstünlükdür); Rus dilini sərbəst (yazılı və şifahi), Azərbaycan dilini mükəmməl bilmək mütləqdir; ingilis dili üzrə işgüzar səviyyədə bilik üstünlükdür; SEO üzrə biliklər: açar söz araşdırması, texniki SEO auditi, on-page optimallaşdırma və kontent planlaması; AI və marketinq avtomatlaşdırılması üzrə biliklər: Make.com, n8n və ya Zapier vasitəsilə iş axınlarının qurulması, ChatGPT, Claude, Gemini kimi AI alətlərinin marketinq proseslərində tətbiqi; Analitik düşüncə, data ilə işləmək və Excel/Google Sheets proqramlarında sərbəst işləmək bacarığı; Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.