Təchizatçı - KVAN GROUP MMC

Location: Bakı

Şirkətimizə satınalma və təchizat proseslərini idarə edəcək Təchizatçı axtarılır. Əsas vəzifələr: Təchizatçıların və məhsulların araşdırılması; Qiymət təkliflərinin toplanması və müqayisəsi; Sifarişlərin vaxtında yerləşdirilməsi və nəzarətdə saxlanılması; Təchizatçılarla danışıqların aparılması; Məhsulların keyfiyyətinə, qiymətinə və çatdırılma müddətinə nəzarət; Anbar və digər şöbələrlə koordinasiyalı işləmək; Sənədləşmə və hesabatların hazırlanması. Namizədə tələblər:   Təchizat/satınalma sahəsində iş təcrübəsi; Danışıqlar aparmaq və düzgün seçim etmək bacarığı; Məsuliyyətli və operativ olmaq; MS Office proqramlarını bilmək; Azərbaycan dili səlis, rus dili üstünlükdür; Komanda ilə işləmək bacarığı. İş şəraiti İş qrafiki: 5 günlük Əmək haqqı: müsahibə zamanı razılaşdırılır İş yeri: Bakı Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.