Location: Bakı
Rəqəmsal reklam kampaniyalarının icrasına, reklam platformaları və tərəfdaşlarla əməkdaşlığa, eləcə də reklam yerləşdirmələrinin effektivliyinə nəzarət edəcək mütəxəssis axtarırıq. Vəzifə öhdəlikləri Müxtəlif platformalarda reklam alışı həyata keçirmək və kampaniyaların icrasını izləmək. Reklam kabinetləri və analitika sistemləri ilə işləmək. Maksimum effektivlik üçün reklam yerləşdirmələrini optimallaşdırmaq. Kampaniya nəticələrini izləmək, təhlil etmək və analitik hesabatlar hazırlamaq. Müştərilər üçün həftəlik və aylıq hesabatlar hazırlamaq. Podratçılar, reklam satışı evləri (sales house) və rəqəmsal reklam platformaları ilə əlaqə saxlamaq. Reklam yerləşdirmələrinə, kampaniyaların vaxtında başlamasına və reklamların plana uyğun yayımlanmasına nəzarət etmək. Sənəd dövriyyəsinə və reklam yerləşdirmələri üzrə maliyyə şərtlərinə əməl olunmasına nəzarət etmək. Layihələrin effektiv icrası üçün şirkətdaxili komanda ilə əməkdaşlıq etmək. Tələblər Rəqəmsal reklam və ya media alışı üzrə ən azı 1 il iş təcrübəsi. GA4, Yandex Metrica, Google Ads, Meta, TikTok, Telegram Ads, DV360, Yandex və digər rəqəmsal reklam alətləri və platformaları üzrə əla bilik. Təhlil və hesabat hazırlamaq bacarıqları. Excel proqramından sərbəst istifadə bacarığı. Detallara diqqət, təşkilatçılıq və eyni vaxtda bir neçə tapşırığı idarə etmək bacarığı. Biz nə təklif edirik Peşəkar komandada iş və iri layihələrdə iştirak. Rəqəmsal reklam sahəsində peşəkar inkişaf imkanları. Rəqabətqabiliyyətli əməkhaqqı. Dinamik iş mühiti və komanda dəstəyi. Aparıcı brendlərlə və müasir rəqəmsal alətlərlə işləmək imkanı. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .