Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Mühasibatlıq şöbəsinin fəaliyyətini təşkil etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq və tapşırıqların vaxtında icrasına nəzarət etmək; Şirkətin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün, tam və vaxtında əks etdirilməsini təmin etmək; İlkin mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsinə, yoxlanılmasına, sistemləşdirilməsinə və saxlanılmasına nəzarət etmək; Bank və kassa əməliyyatlarının uçotuna, ödəniş sənədlərinin düzgünlüyünə və hesablaşmaların vaxtında aparılmasına nəzarət etmək; Debitor və kreditor borclarının uçotunu, kontragentlərlə qarşılıqlı hesablaşmaların və bank qalıqlarının üzləşdirilməsini təmin etmək; Əməkhaqqı, məzuniyyət, müavinət, mükafat və digər ödənişlərin, həmçinin müvafiq vergi və sığorta öhdəliklərinin düzgün hesablanmasına nəzarət etmək; Gəlir və xərclərin aid olduğu hesabat dövründə düzgün tanınmasını, gələcək dövr xərclərinin və hesablanmış öhdəliklərin uçotunu təmin etmək; Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və mal-material ehtiyatlarının uçotuna, amortizasiyanın hesablanmasına və inventarizasiya nəticələrinin rəsmiləşdirilməsinə nəzarət etmək; Kredit və cəlb edilmiş vəsaitlər üzrə əməliyyatların, faizlərin, komissiyaların və müvafiq ehtiyatların mühasibat uçotunda düzgün əks etdirilməsinə nəzarət etmək; Aylıq, rüblük və illik hesabat dövrlərinin bağlanmasını təşkil etmək, hesab qalıqlarını yoxlamaq və zəruri düzəlişlərin aparılmasını təmin etmək; Statistika hesabatlarının hazırlanmasına və vaxtında təqdim edilməsinə, vergi və digər məcburi ödənişlərin icrasına nəzarət etmək; Rəhbərlik üçün mühasibat məlumatları və müqayisəli xərc hesabatları hazırlamaq, aşkar edilmiş əhəmiyyətli uyğunsuzluqlar barədə məlumat vermək; Audit yoxlamaları üçün tələb olunan sənəd və məlumatları təqdim etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək; Gəlirlərin tam, düzgün və vaxtında uçota alınmasını, gəlir və xərclərin aid olduğu hesabat dövründə tanınmasını, gələcək dövr xərclərinin və hesablanmış öhdəliklərin düzgün uçotunu təmin etmək; Xərclərin təsdiq edilmiş büdcə və müəyyən olunmuş limitlərə uyğunluğuna nəzarət etmək, kənarlaşmaları təhlil etmək, əsassız və səmərəsiz xərclərin qarşısının alınması və xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq. Mühasibat proseslərinin, uçot proqramlarının və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək. Tələblər: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; Müvafiq sahədə ən azı 5-7 il iş təcrübəsi; bank və ya BOKT sahəsində təcrübə üstünlükdür; Peşəkar Mühasib Sertifikatının (PMS) olması üstünlükdür; 1C 8.3 proqramını yüksək səviyyədə bilmək; MS Office proqramları, xüsusilə Excel üzrə yüksək səviyyədə bilik; Vergi qanunvericiliyi, mühasibat uçotu və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər; Kredit əməliyyatlarının uçotu və portfel məlumatlarının üzləşdirilməsi üzrə bilik və bacarıqlar; Elektron hesabat portallarında işləmək bacarığı; Analitik düşüncə, dəqiqlik, məsuliyyət və komandanın işini təşkil etmək bacarığı; Azərbaycan dilini mükəmməl bilmək; rus dili biliyi üstünlükdür. İş barədə məlumat: Əməkhaqqı: 2 000 AZN-dən başlayaraq; İş yeri: Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi; İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00–18:00; Komfortlu ofis şəraiti, müasir idarəetmə sistemi və mehriban komanda. CV-nizi mövzu hissəsində “Mühasibatlıq şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.