Tender sənədləri üzrə mütəxəssis - Modern Engineering Bureau of Azerbaijan

Location: Bakı

Vəzifə öhdəlikləri: Tender tələblərinin araşdırılması, tələb olunan sənədlərin toplanması və təklif paketlərinin hazırlanması; Texniki və kommersiya məlumatları əsasında təkliflərin və qiymət cədvəllərinin tərtib edilməsi; Müqavilə, əlavə, spesifikasiya, görülmüş işlər və təhvil-təslim aktlarının hazırlanması; Sifariş və müqavilələrin qeydiyyata alınması, icra vəziyyətinin və müddətlərinin izlənilməsi; Elektron tender platformalarında sənədlərin yerləşdirilməsi və təqdimetmə müddətlərinə riayət olunması; Rəsmi yazışmaların aparılması, sənədlərin imzalanmasının izlənilməsi və arxivləşdirilməsi. Namizədə olan tələblər: Ali təhsil; Tender və sənədləşmə sahəsində minimum 3 il iş təcrübəsi; MS Word və Excel proqramlarında sərbəst işləmək bacarığı; Azərbaycan və ingilis dillərində işgüzar yazışma bacarığı; rus dili biliyi üstünlükdür; Detallara diqqət, məsuliyyətlilik və vaxtın düzgün idarə edilməsi. Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində "Tender sənədləri üzrə mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.