Location: Bakı
Nero Print çap, poliqrafiya və promo məhsullarının istehsalı ilə məşğul olan şirkətdir. Şirkətimizin anbarında işləmək üçün məsuliyyətli və diqqətli anbardar axtarırıq. Vəzifə öhdəlikləri: Anbara daxil olan material və məhsulların qəbulu, yoxlanılması və yerləşdirilməsi; Kağız, dəri, süni dəri, çap materialları, promo məhsulları və digər ehtiyatların uçotunun aparılması; Materialların istehsalata təhvil verilməsi və çıxışının qeydiyyatı; Hazır məhsulların anbara qəbulu və təhvil prosesinə nəzarət; Anbardakı faktiki qalıqların uçot göstəriciləri ilə uyğunluğunun yoxlanılması; Müntəzəm inventarizasiyanın aparılması; Anbarda məhsulların düzgün və səliqəli saxlanılmasının təmin edilməsi; Anbar sənədlərinin vaxtında və düzgün hazırlanması; Rəhbərliyə material qalıqları və çatışmazlıqlar barədə məlumat verilməsi. Namizədə tələblər: Cins: kişi; Anbardar və ya anbar uçotu sahəsində iş təcrübəsi arzuolunandır; Uçot və hesablama bacarığı; Kompüter və Excel proqramında işləmək bacarığı üstünlükdür; Diqqətli, məsuliyyətli, dürüst və intizamlı olmaq; Komanda ilə işləmək bacarığı; Fiziki işə hazır olmaq. İş şəraiti Əməkhaqqı: 600–700 AZN Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən ediləcək. İş yeri: Bakı şəhəri Şirkət: Nero Print CV-nizi mövzu hissəsində “Anbardar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz