Location: Bakı
Şirkətimizə yerli və xarici bazarlardan tələb olunan məhsul və avadanlıqların araşdırılması, təchizatçıların seçilməsi və satınalma prosesinin idarə olunması üçün təcrübəli xanım Satınalma Mütəxəssisi axtarılır. Tələblər: Xanım namizəd Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi; Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı; Yerli və xarici təchizatçılarla işləmək təcrübəsi; Danışıqlar aparmaq və kommersiya təkliflərini qiymətləndirmək bacarığı; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Məsuliyyətli, operativ və analitik düşüncə tərzi; İT və telekommunikasiya sahəsində satınalma təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir. Vəzifə öhdəlikləri: Yerli və xarici bazarlardan tələb olunan məhsulların araşdırılması və satın alınması; Təchizatçılarla danışıqların aparılması və qiymət təkliflərinin əldə edilməsi; Satınalma sənədlərinin hazırlanması və sifarişlərin izlənilməsi; Çatdırılma prosesinə nəzarət edilməsi; Bazar araşdırmalarının aparılması və alternativ təkliflərin hazırlanması. Sifarişlərin hazırlanması və təchizat prosesinin izlənilməsi; Xarici bazarlarda məhsulların və alternativ təchizatçıların araşdırılması; İdxal və logistika proseslərinin koordinasiyasında iştirak; Təklif edirik: İş qrafiki: 5 günlük iş həftəsi; Əmək haqqı: müsahibə əsasında; Karyera və peşəkar inkişaf imkanları; Stabil və peşəkar iş mühiti. CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində "Satınalma Mütəxəssisi" qeyd olunmalıdır.