Virtual müştəri xidmətləri departamentinin KOS müştərilərə dəstək şöbəsinin KOS müştərilərə dəstək 2 qrupunun Kiçik mütəxəssisi - PASHA Bank

Location: Bakı

Təsvir KOS Müştərilərdən daxil olan zənglərin vaxtında və keyfiyyətli cavablandırması; Daxil olan zənglərinin və sorğuların əsasında Bankda istifadə olunan müxtəlif proqram təminatı vasitəsilə əməliyyatların icra edilməsi və icra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğu; Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyatı struktur bölmələrə yönəldilməsi; Şikayət və təkliflər ilə işin nəzarəti : hər hansı şikayət / təklif və ya texniki çətinlik ilə bağlı müraciət daxil olarsa mütləq olaraq qeydiyyatının düzgün kategoriyalarda aparılmasına , geydiyyatının *açıq* statusunda olarkən izlənilməsinə və müştərilərə vaxtında cavabın təqdim edilməsinə nəzarət edilməsi; Online bank əməliyyatlarında, VideoZəng prosesində , Online cari hesabın açılmasında , Əmək haqqı və online əmək haqqı kartları və diqər məhsul/xidmətlər ilə bağlı müştərilərə dəstəyin göstərilməsi.Hesab üzrə qalıq, sərəncam və ödəniş statusları üzrə araşdırmaların aparılması, məktubların yazılması və müştərilərin məlumatlandırılması. Tələblər Təhsil: İqtisadiyyat sahəsində (və digər uyğun sahədə) ali təhsil (bakalavr) Tələb olunan iş təcrübəsi: minimum 0-1 il Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (yüksək), Azərbaycan dili (yüksək səviyyədə). Kompüter bilikləri: Microsoft Office (Excel, Word); Digər: Hesabat hazırlama bacarığı, ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.