Yüklənir...
Location: Bakı
Paul Mitchell peşəkar saç baxımı məhsullarının Azərbaycanda distribütoru olan komandamıza aktiv və nəticəyönümlü Sales Manager axtarırıq. Əsas vəzifələr : Bakı üzrə salonlara mütəmadi səfərlər etmək və yeni müştərilər cəlb etmək; Mövcud tərəfdaşlarla əlaqələri inkişaf etdirmək və satış həcmini artırmaq; Məhsulları təqdim etmək, sifarişləri qəbul etmək və sifariş prosesini izləmək; Müştəri bazasını genişləndirmək və təkrar sifarişləri təmin etmək; Satış planı və müştəri ziyarətləri üzrə hesabatlar hazırlamaq. Namizədə tələblər: Aktiv satış və müştərilərlə ünsiyyət bacarığı; Danışıqlar aparmaq və satış imkanlarını müəyyən etmək bacarığı; Azərbaycan və rus dillərində sərbəst ünsiyyət; Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük; Şəhər üzrə müştərilərə səfər etməyə hazır olmaq; Satış sahəsində təcrübə üstünlükdür. Beauty sahəsində təcrübə mütləq deyil. Biz təklif edirik: Sabit əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi; Beynəlxalq brendlə işləmək imkanı; Məhsullar üzrə təlim və peşəkar inkişaf; İnkişaf edən biznesdə uzunmüddətli karyera perspektivi. Müraciət üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərin və mesajda “Sales Manager” qeyd edin.