Location: Bakı
Protranslate Center tərcümə şirkəti komandamıza Rus dilindən Azərbaycan dilinə tərcüməçi axtarır. Əsas tələblər: Rus və Azərbaycan dillərini yüksək səviyyədə bilmək; Rus dilindən Azərbaycan dilinə peşəkar tərcümə etmək bacarığı; Sənədlərlə işləmək bacarığı; Azərbaycan dilinin qrammatika və orfoqrafiya qaydalarını yüksək səviyyədə bilmək; Diqqətli, məsuliyyətli və operativ olmaq; Ünsiyyət bacarığının yüksək olması; Tərcümə sahəsində iş təcrübəsi arzuolunandır. İş öhdəlikləri: Rus dilindən Azərbaycan dilinə müxtəlif növ sənədlərin tərcüməsi; Tibbi sənədlərin, tibbi arayışların, epikrizlərin və digər tibbi sənədlərin tərcüməsi; Rəsmi və hüquqi sənədlərlə işləmək; Tərcümələrin düzgünlüyünü və keyfiyyətini yoxlamaq; Sənədlərin məzmununa və formatına diqqət yetirmək. İş şəraiti İş qrafiki: Həftədə 6 iş günü. saat 09:00 – 18:00 Əmək haqqı: Razılaşma yolu ilə Əlaqə: +994 50 101 00 28 Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərə və ya göstərilən telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Protranslate Center — peşəkar komandanın bir hissəsi olun!