Təcrübəçi / Kiçik mühasib - RAHAT Supermarketlər şəbəkəsi

Location: Bakı

Rahat Supermarketlər şəbəkəsi Təcrübəçi / Kiçik mühasib  vəzifəsi üzrə vakansiya elan edir. Əsas vəzifə öhdəlikləri İlkin mühasibat sənədlərinin yoxlanılmasında və mühasibat uçotu sisteminə daxil edilməsində iştirak etmək; Alış, satış və qaytarma əməliyyatlarının uçotunun aparılmasına dəstək göstərmək; Mağazalar üzrə kassa və POS-terminal hesabatlarının yoxlanılmasında iştirak etmək; Bank və kassa əməliyyatlarının uçotuna dəstək göstərmək; Təchizatçılarla üzləşdirmələrin aparılmasında iştirak etmək; Ay bağlanışı və dövri hesabatların hazırlanması proseslərinə dəstək göstərmək; Mühasibat sənədlərinin sistemləşdirilməsini və arxivləşdirilməsini təmin etmək; Rəhbər tərəfindən verilən digər mühasibatlıq tapşırıqlarını yerinə yetirmək. Namizədə dair tələblər Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil almaq və ya müvafiq ixtisas üzrə sonuncu kurs tələbəsi olmaq; Mühasibat uçotunun əsasları üzrə ilkin nəzəri biliklərə malik olmaq; MS Excel proqramında baza səviyyəsində işləmək bacarığı; 1C və ya digər ERP sistemləri üzrə biliklərə üstünlük verilir; ACCA F3 (Financial Accounting) üzrə biliklərə və ya müvafiq imtahanı uğurla vermiş namizədlərə üstünlük verilir; Öyrənməyə həvəsli olmaq, detallara diqqət yetirmək və komanda ilə işləmək bacarığı; İş təcrübəsi tələb olunmur. İş şərtləri İş yeri: Rahat Supermarketlər şəbəkəsi İş qrafiki: 5 günlük iş həftəsi Əmək haqqı: Namizədin bilik və bacarıqları nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təcrübəçi / Kiçik mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan   elektron poçt ünvanına göndərə bilərlər.