Location: Bakı
Namizədə olan tələblər: Ali təhsil; Linux administrasiyası üzrə güclü praktiki təcrübə; RHEL ilə iş təcrübəsi böyük üstünlükdür; Şəbəkə texnologiyaları, DNS, TLS, reverse proxy, yüksək əlçatanlıq (HA) və informasiya təhlükəsizliyinin əsas prinsipləri üzrə yaxşı anlayış; CI/CD proseslərinin qurulması və dəstəklənməsi üzrə praktiki təcrübə; GitLab CI/CD ilə iş təcrübəsi arzuolunandır; Docker və Kubernetes (K8s) ilə praktiki iş təcrübəsi; Ansible və digər avtomatlaşdırma vasitələri ilə praktiki təcrübə; Monitorinq, mərkəzləşdirilmiş loglaşdırma və observability prinsipləri üzrə anlayış və praktiki təcrübə; Dil bilikləri: Azərbaycan dili – səlis, rus dili – əla, ingilis dili – arzuolunandır. Vəzifə öhdəlikləri: Optimal məhsul və marka portfelinin formalaşdırılması üçün bazar araşdırılmasının müəyyən edilmiş seqmentləşdirməyə əsasən edilməsi; Linux serverlərinin (RHEL, Ubuntu, Oracle Linux) quraşdırılması, konfiqurasiyası və idarə edilməsi; Linux sistemləri üzrə korporativ standartların hazırlanması və sənədləşdirilməsi; CI/CD pipeline-larının (GitLab CI/CD) qurulması və dəstəklənməsi; Ansible ilə infrastrukturun avtomatlaşdırılması (IaC) ; Docker/Kubernetes əsaslı konteyner infrastrukturunun idarə edilməsi; DNS, TLS, reverse proxy və HA həllərinin konfiqurasiyası; Monitorinq (Prometheus/Grafana, Zabbix) və mərkəzləşdirilmiş loglaşdırma (ELK) sistemlərinin qurulması; Firewall və əsas təhlükəsizlik tədbirlərinin tətbiqi; Development komandaları ilə əməkdaşlıq, DevOps təcrübələrinin yayılması; Az təcrübəli əməkdaşlara mentorluq və bilik ötürülməsi; Legacy sistemlərin Windows-dan Linux-a miqrasiyası; İnsidentlərin diaqnostikası, həlli və sənədləşdirilməsi. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; İş yeri: Port Baku Tower 2; Nahar şirkət tərəfindən təmin olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Senior Linux System Administrator ” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2562&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.