Sürünün idarə edilməsi üzrə mütəxəssis (Şamaxı) - Şirvan Aqro MMC

Location: Bakı

“Şirvan Aqro” MMC heyvandarlıq kompleksində texnoloji proseslərin səmərəli idarə edilməsi, avtomatlaşdırılmış sistemlərin işlək vəziyyətinin təmin olunması və sürünün məhsuldarlığının artırılması məqsədilə komandasına Sürünün idarə edilməsi üzrə mütəxəssis axtarır. Əsas vəzifə öhdəlikləri: Sürünün idarə edilməsi sistemlərinin, elektron identifikasiya vasitələrinin, sensorların və əlaqəli avadanlıqların işinə nəzarət etmək; Sürünün sağlamlıq, məhsuldarlıq və reproduktiv göstəricilərini sistemlər vasitəsilə izləmək və təhlil etmək; Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və texniki xidmət prosesini koordinasiya etmək; Elektron məlumat bazalarının düzgün aparılmasını və müvafiq hesabatların hazırlanmasını təmin etmək; Tövlələrdə heyvanların sağlamlıq vəziyyətinə, saxlanma şəraitinə və rifahına nəzarət etmək; Aşkar edilmiş problemlər barədə aidiyyəti şəxsləri məlumatlandırmaq və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək. Namizədə tələblər: Texniki, kənd təsərrüfatı, zootexniklik və ya müvafiq sahələr üzrə ali təhsil; Avtomatlaşdırılmış sistemlər və texnoloji avadanlıqlarla işləmək bacarığı; MS Excel və elektron məlumat bazaları ilə işləmək bacarığı; Analitik düşünmə, məsuliyyətlilik və problem həll etmə bacarığı; Heyvandarlıq və südçülük kompleksində iş təcrübəsi – üstünlükdür İş şəraiti: İş qrafiki: istehsal proseslərinin xüsusiyyətlərinə uyğun növbəli iş rejimi; Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir; İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sürünün idarə edilməsi üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.